Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də
Tarix: 04.11.2016 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


BAKI ALİ NEFT MƏKTƏBİ
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb. Rektor Elmar Qasımov qonaqları BANM-də görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq ali məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. Elmar Qasımov BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat səmimi qəbula görə təşəkkür edib. Əddülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb. Görüşdə, BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-in YÖK-lə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nigar





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info