Namiq Kərimov: “Məhsullarımız xaricə də ixrac olunacaq “
Tarix: 04.11.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri, emal müəssisələri yaradılır.
Belə təsərrüfatlardan biri rayonun Hacıbədəlli kəndi ərazisində yerləşir.
Yerli sahibkar Namiq Kərimov tərəfindən yaradılan kompleksin tikintisinə bu ilin mart ayında başlanılıb. Ümumi ərazisi 6 hektar olan kompleksin 3 hektarında istixana təsərrüfatı yaradılıb. Tərkibinə xüsusi konstruksiya əsasında qurulan müasir istixana, qazanxana, 800 tonluq su anbarı, inzibati bina, yeməkxana, anbar və yardımçı tikililər daxildir. Kompleksdə Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur.
Təsərrüfatın rəhbəri Namiq Kərimov bildirib ki, illik istehsal gücü 550 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Məhsul daxili bazara çıxarılmaqla yanaşı, respublikamızdan kənara da ixrac olunacaq.
Sahibkar istixananı genişləndirmək, iş yerlərinin sayını artırmaq niyyətindədir. “2017-ci ilin mart ayında daha 3 hektarda istixana qurulacaq və işçilərin sayı 60-dan 140-a çatdırılacaq. Biz sahibkarlara yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Çalışacam ki, fəaliyyətimizi daha da genişləndirməklə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına öz töhfəmizi verək”, - deyə Namiq Kərimov qeyd edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info