“Nəyisə dəyişmək lazımdır”
Tarix: 04.11.2016 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“Oyunumuzdan və nəticədən razı qaldığımı desəm, yalan danışmış olaram. Öz aramızda bu matçı müzakirə etməliyik”. Bunu “PAOK”-un oyunçusu Georgios Tzavellas deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ı qəbul edən Yunanıstan təmsilçisi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Oyunla bağlı klubun rəsmi saytına danışan Tzavellas məyus olduqlarını bildirib. Zədədən yenicə qayıdan 28 yaşlı müdafiəçi bu nəticədən sonra növbəti mərhələ şanslarını çətinə saldıqlarını söyləyib: “Yolumuza bu istiqamətdə davam edə bilmərik. Nəyisə dəyişmək lazımdır. Bu gün hər zamankı oyunumuzu göstərə bilmədik. “Qarabağ”ın da güclü oyun nümayiş etdirdiyini deyə bilmərəm. Ancaq onlar sona qədər səbirlə futbol oynamağa çalışdılar. Matça istənilən şəkildə köklənə bilməmişdik. Nəsə yanlışlıq var idi. Çalışacağıq bu görüşü unudaq. Çünki hələ heç nə bitməyib. Amma çətin ki, bu məğlubiyyət təsirsiz ötüşsün. Növbəti turda “Fiorentina” ilə İtaliyadakı oyunda bütün gücümüzü ortaya qoymalıyıq ki, uğurlu nəticə əldə edək. Hazırda ilk iki yerdən uzaq düşmüşük. İndi ora düşmək üçün son iki matçda daha çox əziyyət çəkməli olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib
17.07.2019
“Qarabağ“ növbəti təsnifat mərhələsinə yüksəlib
17.07.2019
“Real“ Poqbadan imtina edir
17.07.2019
“Tottenhem“ Beyli geri qaytarır
17.07.2019
Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info