Dodon Moldova prezidenti seçiləcəyinə əmindir
Tarix: 05.11.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Moldova Respublikası Sosialistlər Partiyasının lideri (MRSP) İqor Dodon Moldova prezidenti seçkilərinin ikinci turunda qələbə qazanacağına əmindir. O, “Europa Libera” radiostansiyasının jurnalistinin “Sosialistlər Partiyasından olan namizədin imkanları varmı?” sualına müsbət cavab verib və belə imkanların “yetərincə” olduğunu vurğulayıb.
O deyib: “İkinci turda qələbə üçün yetərincə imkanlarımız var. Bunlar həm solçu partiyaların tərəfdarları, həm birləşmə imkanları, həm də, adətən, solçulara səs verən regionların seçkilərə daha kütləvi qoşulması ola bilər. Qaqauz Yerini xüsusi fərqləndirmək istəyirəm. Burada böyük dəstək almışıq, amma əvvəlki seçkilərlə müqayisədə bu dəfə seçici fəallığı 10-15 faiz aşağı olub”. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, İqor Dodon prezident seçkilərinin birinci turunda seçicilərin 48 faizindən çoxunun səsini toplayıb. Avropa yönümlü partiyaların vahid namizədi Mayya Sandu 38 faiz səslə ikinci yerdədir. Qaqauz Yeri Muxtar Ərazi Qurumunda seçicilərin 91 faizindən çoxu MRSP-nin sədrinə səs verib.




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb
15.08.2019
Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Azərbaycan polisi ictimai sabitliyin keşiyindədir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info