Türkiyədə həbs dalğası: terrorçulara dəstək verən deputatlar həbs edildi
Tarix: 05.11.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb. Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib. Dəmirtaş və Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar. Dəmirtaş və Yüksəkdağdan başqa, Türkiyə parlamentinin HDP üzvü olan 11 deputatı da saxlanılıb.
Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir. Həbslər Ankara, Diyarbəkir, Mardin və digər şəhərlərdə keçirilib. Dünən məhkəmə ifadələrini aldıqdan sonra İmam Taşçıər, Ziya Pir və Sırrı Sürəyya Öndəri polis nəzarətində qalmaq şərti ilə sərbəst buraxıb. Məhkəmə Dəmirtaş, Yüksəkdağ, İdris Baluken, Leyla Birlik və Nürsel Aydoğan haqqında həbs qərarı verib. Maraqlıdır ki, dünən ABŞ-ın Adana konsulluğu bəyanat yayaraq amerikalıları ehtiyatlı olmağa çağırıb. Konsulluq Adanada terror təhlükəsi olduğunu bildirib. Amma gözlənilən terror Adanada yox, Diyarbəkirdə olub. Vilayətin Bağlar rayonunda polis idarəsi yaxınlığında baş verən güclü partlayış nəticəsində 9 nəfər həlak olub. Türkiyənin Baş naziri Binəli Yıldırım ölənlərdən ikisinin polis, digərlərinin isə mülki şəxslər olduğunu bildirib. Baş nazir deyib ki, terrorçulardan biri məhv edilib. Xəstəxanalara yerləşdirilən 100-dən çox yaralıdan 93-ü artıq evə buraxılıb. Yeddi nəfərin isə müalicəsi davam etdirilir. PKK Diyarbəkir vilayətinin Bağlar rayonunda bomba yüklü avtomobilin partladılması ilə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Aparılan təhqiqatlar nəticəsində partlayış üçün bir tondan çox partlayıcı maddənin istifadə edildiyi müəyyən olunub. Partlayışın təsirindən yaxınlıqdakı binalara ciddi ziyan dəyib.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info