Dünya azərbaycanlılarının döyünən ürəyi
Tarix: 05.11.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Azərbaycan diasporu - simvolik olaraq götürsək, zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin müxtəlif yerlərdə döyünən ürəyidir.
Onlarla bağlı kitabı araya-ərsəyə gətirməyi əsl vətəndaşlıq borcu hesab edirik. Zaman-zaman planetin müxtəlif ərazilərinə səpələnən və özünə ikinci vətən seçən soydaşlarımızı - Azərbaycan diasporunun nümayəndələrini axtarıb-tapıb, məqalə və müsahibələr hazırlamışıq. Əsas məqsədimiz isə diaspor fəaliyyətini işıqlandırmaq və onu təbliğ etmək olub. Dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu “döyünən ürəyi” birləşdirib yeni nəfəs verməyin vaxtı çatıb... Bizim “ürək” bənzətməmiz heç də təsadüfi deyildir. Belə ki, diaspor fəaliyyəti bir könül - mənəviyyat işi olduğundan bənzətməmiz təbiidir. Digər baxımdan isə xaricdəki soydaşlarımızın hər birində əsl azərbaycanlı ürəyi var. Bu ürəkdəki saf - ülvi hislər özünün cazibə qüvvəsi ilə onları müqəddəs Vətənə - Azərbaycana bağlayır. Elə biz də qəlbini, ruhunu diaspor işinə sərf edən və məşhur bir ifadədə deyildiyi kimi: “Vətən üçün nə etməli?” amalı ilə yaşayan soydaşlarımızı “Dünya azərbaycanlılarının palitrası” kitabında bir yerə toplamağa və eyni məqsədə sövq etməyə çalışmışıq. Bu, həmçinin dünya azərbaycanlılarının bir-birlərini tanıması, əlaqələrinin qurulması və həmrəyliyi üçün yeni töhfədir... Artıq son günlər sosial mediada bu kitabın effekti özünü göstərir. Kitab öz “canlılığı” ilə xaricdəki soydaşlarımızda bir canlanma, motivasiya yaradıb. Kitab, həmçinin diasporun təcrübə mübadiləsi etməsi baxımdan da əhəmiyyətlidir. Çünki burada soydaşlarımız görülmüş və görüləcək işlərdən danışırlar. Daha bir məqam diasporun özünə kənardan baxmaq imanının yaranmasıdır. Kitabda, bir növ diaspor özü danışır. Bu baxımdan, kitab sanki canlıdır: Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Ümumi götürsək, bu kitab Azərbaycan diasporunun simasını təcəssüm etdirir.
Ən vacib məqamlardan biri də kitabın yerli və xarici alimlərin diasporumuzun tədqiq etməsi üçün köməkçi əyani vasitə olmasıdır. İnanıram ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların məskunlaşması, fəaliyyət sferaları, təhsil və maariflənməsi və s. kimi sosial-mədəni, ictimai-siyasi və iqtisadi problemlərinin dərindən tədqiq edilib öyrənilməsində kitab bir diaspor külliyyatı olaraq bu sahənin alimləri üçün mötəbər mənbə olacaq.
Təqdim etdiyimiz kitabda 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə tərəfimizdən hazırlanaraq çap olunan əsas müsahibələr yer alıb. Ümumi olaraq, kitabda 173 müsahibimizin bu sahə ilə əlaqədar fikirləri toplanılıb. Bütün müsahibələr çap olunma tarixinə görə sıralanıb. Bu kitab çox maraqlı, əhatəli və əhəmiyyətlidir. Yəni, dünyanın 5 qitəsindəki fəal soydaşlarımızın baxışı ilə diasporumuzun fəaliyyətinə - palitrasına işıq salmışıq. Dünyanın ucqar ölkələrində belə, yaşayan həmyerlilərimizin müsahibələrini buradan oxuya bilərsiz. Kitabda, bir növ diaspor öz dilində danışır. Bu baxımdan, kitab sanki canlıdır, döyünən bir ürəkdir... Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Kitabın başqa özəlliyi odur ki, burada ənənəvi bioqrafik və statistik məlumatlar verilməyib. Azərbaycan diasporunun qəribçilik hisləri, nisgili, vətən həsrəti, iradı, istəyi, təklifləri, perspektiv fəaliyyəti və s. yer alıb. Burada həm indi, həm keçmiş, həm də gələcəkdən danışılır. Ona görə də sözügedən kitab Azərbaycan diasporunun dünənini, bu gününü və sabahını özündə ifadə etdirir.
Bizim üçün diaspor bir ailədir. Zərrə qədər kimsəni bir-birindən fərqləndirmirik. Çünki hamımız, bəli, hamımız Azərbaycan adlı ANA VƏTƏNİN övladlarıyıq.




 
Müəllifin son yazıları

11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info