Culi Bram: “Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq bütün dünyaya gözəl örnəkdir”
Tarix: 07.11.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və “Beverli Hils Emanuel Məbədi” sinaqoqunun birgə təşkilatçılığı ilə noyabrın 3-də Azərbaycana dair geniş təqdimat keçirilib.
Əvvəlcə AYK-nin Los-Anceles üzrə regional nümayəndəliyinin vitse-prezidenti Culi Bram və “Beverli Hils Emanuel Məbədi”nin dini rəhbəri Ravvin Sara Bassin çıxış edərək tədbirin önəmindən danışıblar. AYK-nin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan C.Bram Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin beynəlxalq aləm tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib. Ravvin S.Bassin isə rəhbərlik etdiyi icmanın Azərbaycan ilə bağlı daha geniş məlumatların əldə edilməsinə böyük marağının olduğunu, bugünkü tədbirin də məhz bu məqsədlə təşkil olunduğunu qeyd edib.
Ravvin S.Bassinin aparıcılıq etdiyi tədbirdə ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verib, ölkəmizin qədim dövlətçilik ənənələrindən bəhs edib. O, Azərbaycanda hələ 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanın təsis edildiyini, 1919-cu ildə qadınlara ilk dəfə səsvermə hüququnun verildiyini, ölkəmizin dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu bildrib. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən ölkəmizin ilk illərdə üzləşdiyi siyasi-iqtisadi çətinlikləri qeyd edən baş konsul bu çətinliklərə mətanətlə sinə gərən Azərbaycanın müstəqil dövlət kimi inkişafından və çağdaş bir dövlətə çevrilməsindən danışıb. Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edən N.Ağayev ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, şiə-sünni münasibətlərində yüksək harmoniyanın mövcud olduğunu və bu harmoniyanın dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan dövlətinin xüsusi diqqəti və dəstəyi nəticəsində dövlət siyasətinə çevrilib.
N.Ağayev, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Bu səpkidə Xocalı və yəhudi soyqırımları (Holokost) arasında oxşarlıqların olduğunu, hər iki faciədə bir tərəfin qarşı tərəfi tamamilə yox etmək niyyəti ilə qeyri-insani vəhşiliklər törətdiyini vurğulayıb. Diplomat, həmçinin İsrail Prezidenti Reuven Rivlinin ötən il BMT-də etdiyi çıxışında Holokostdan sonra törədilmiş soyqırımları kontekstində Xocalı soyqırımını ayrıca vurğulamasının Azərbaycanda rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Çıxışdan sonra baş konsul tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info