Əflatun Amaşov İran parlamentinin türk fraksiyasının rəhbəri ilə görüşüb
Tarix: 07.11.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfəri başlayıb.
 
Şuradan verilən xəbərə görə, noyabrın 9-dək davam edəcək səfərdə başlıca məqsəd İranın Mətbuat və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində iştirakdır.
 
Ə. Amaşov səfər çərçivəsində öncə İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami ilə görüşüb. Görüşdə İran və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırkı durumundan söz açılaraq məmnunluq ifadə olunub. Hər iki ölkənin media qurumlarının əməkdaşlığının da bu baxımdan tamamlayıcı rol oynayacağı bildirilib.
 
Növbəti görüş Mədəniyyət və İslam İrşadı Nazirliyinin xarici media ilə iş departamentinin direktoru Muhammed Cəfər Safi ilə olub. Görüşdə son illərdə Azərbaycan və İran mediası arasındakı münasibətlərdə intensivliyin nəzərə çarpdığı bildirilib. İrandan Azərbaycana, Azərbaycandan İrana qarşılıqlı jurnalist səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb. Ə. Amaşov rəhbərlik etdiyi qurumun İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə yeni layihəyə start verdiyini vurğulayaraq layihə çərçivəsində görüləcək işlərin hər iki ölkənin kütləvi informasiya vasitələrini bir-birinə daha sıx bağlayacağına inamını ifadə edib.
 
MŞ sədri növbəti görüşünü İRNA xəbər agentliyinin icraçı direktoru Muhammad Xoddadi ilə keçirib. Görüşdə İran və Azərbaycan mediası arasındakı əməkdaşlığın hazırkı durumu, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Ə. Amaşov İran parlamenti sədrinin I müavini, türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla da bir araya gəlib. Sərginin “Parlament mediası” guşəsində gerçəkləşmiş görüşdə M. Pezeşkian yeni yaradılmış və tərkibinə 100 deputatın daxil olduğu fraksiyanın perspektiv planlarından söz açıb. Tərəflər Azərbaycan və İran parlamentləri arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə ediblər. Ə. Amaşov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı M. Pezeşkiana hədiyyə edib.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16.08.2019
Bakıda TOT kursu öz işinə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info