Türkiyədə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub
Tarix: 07.11.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Türkiyənin Dənizli şəhərində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı mərasimi keçirilib.
 
Açılışda Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalılar, Azərbaycanın Türkiyədəki Baş Konsulluğunun əməkdaşları, yerli rəsmi şəxslər, QHT, KİV rəhbərləri və yerli sakinlər iştirak edib.
 
Dənizli bələdiyyə başqanı Osman Zolan bildirib ki, Dənizlidə Qarabağ parkı yaradılması təklifi Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayevaya məxsusdur. Azərbaycana böyük sevgi bəslədiyini deyən O. Zolan deyib ki, Qarabağ, Xocalı ağrısı bütün türklərin ağrısıdır: “İnşallah, bu problemi birlikdə həll edəcəyik. Dənizlinin mərkəzi hissəsində yerləşən və böyük bir ərazini əhatə edən Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatlar əldə edə biləcək”. 
 
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi və İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza “Mən Türkəm” adlı şeirini səsləndirib.
 
Sonra çıxış edən millət vəkili Q. Paşayeva Dənizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı,  Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün Ermənistana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.
 
Çıxışlarda sonra Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info