Bakı Ali Neft Məktəbində Azərbaycanın texnikiyönümlü universitetləri üçün seminar keçirilib
Tarix: 07.11.2016 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Amerika Yoxlama və Materiallar Cəmiyyəti (ASTM) ilə Amerika Neft İnstitutu (APİ) tərəfindən Azərbaycanın texniki yönümlü universitetləri üçün seminar keçirilib.
BANM –dan  bildiriblər ki, seminarda BANM-ın rektoru Elmar Qasımov tədbirin Azərbaycan universitetlərində tədris prosesinin səmərəli təşkili məqsədilə testlə əlaqədar vahid standartların və normaların hazırlanması və tətbiqi üçün əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
ASTM-in satış və marketinq üzrə vitse-prezidentinin köməkçisi Ceyms Tomas hesabatla çıxış edərək təmsil etdiyi cəmiyyət tərəfindən tətbiq olunan standartlardan və test metodlarından, online tədris proqramlarından və elektron kitabxanaların təşkili barədə tədbir iştirakçılarına məlumat verib.
API-nin qlobal sənaye xidmətləri üzrə direktoru xanım Lakşmi Mahon neft-qaz sənayesində, eləcə də tədris proqramlarında və fərdi sertifikatlaşdırma proqramlarında istifadə olunan APİ standartları barədə məlumat verib.
Tədbirdə Azərbaycanın ondan artıq ali təhsil müəssisəsi təmsil olunub.
Qeyd edək ki, ASTM materiallar, məhsul, sistem və xidmətlər üçün standartlar hazırlayan beynəlxalq Amerika təşkilatıdır. Amerikanın Neft İnstitutu (APİ) ABŞ-ın bütün aspektləri araşdıran və neft-qaz sənayesində məsələlərin həlli ilə bağlı fəaliyyətini təmin edən yeganə qeyri-hökumət təşkilatıdır. ASTM və APİ neft-qaz sənayesi üzrə sənədləşmə üçün müəyyən standartların hazırlanması sahəsində əməkdaşlıq edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info