Masallıda ilk regional İKT tədbiri keçirilib
Tarix: 07.11.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Cari ilin 5, 6 noyabr tarixlərində “ASAN xidmət”, Təhsil Nazirliyi və "Azər-Türk Bank" ASC-nin dəstəyi ilə Masallı rayonunda yerləşən "ASAN həyat" kompleksində rayonun qız məktəbliləri üçün İKT mövzusunda silsilə tədbirlər keçirilmişdir.
 
Proqram çərçivəsində keçirilmiş konfransda ölkənin cənub zonasında yaşayan xanımlar arasında İKT sahəsinə marağın artırılması məqsədilə ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və təmsilçiləri təqdimatlar edərək, məktəbliləri bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələrini bölüşmüşlər. Tədbirdə çıxış edən “FEMMES DIGITALES” klubunun  üzvləri “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyət həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər.
 
Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsi olan “STEP IT Academy Azerbaijan”ın təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vəsaitlərdən istifadə edərək müxtəlif robot və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olmuş, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə etmişlər.
 
Proqramın sonunda Masallı rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-Rinq” intellektual oyunu təşkil edilib. 4 orta məktəbi təmsil edən  48 şagirddən ibarət komandalar arasında keçirilmiş oyunun nəticələrinə əsasən qalib gəlmiş komandaya sertifikat və müxtəlif hədiyyələr təqdim olunub. 
 
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində xanımların iştirak səviyyəsinin yüksəldilməsi, regionda təhsil alan qızların gələcək karyera seçimində bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info