“Russneft“ Azərbaycanda hasilatı artırır
Tarix: 07.11.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Noyabr ayında "Russneft" şirkətinin səhmlərinin 10%-nin Moskva birjasında IPO üsulıu ilə yerləşdirilməsi barədə elan veriləcək ki, şirkət bunun hesabına 400 mln. dollar cəlb edəcək. "İzvestiya" qəzeti xəbər verir ki, yerləşdirmədən öncə şirkət 2017-2019-cu illəri əhatə edəcək strategiyanı təsdiqləməli və bu strategiyanı reallaşdıracaq yeni prezidenti seçməlidir.
 
IPO-dan sonra milyarder Mixail Qutseriyevə məxsus olan şirkət Orenburqdakı aktivlərini birləşdirəcək ki, bunun hesabına illik neft hasilatının həcmi ikiqat artaraq 1 mln. tona çatacaq.
 
Ekspertlər hesab edir ki, səhmlərin yerləşdirilməsi konkret investorlara hesablanacaq və bununla da "Russneft"ə lazım olan vəsaiti əldə etmək mümkün olacaq.
 
Bu gün Direktorlar Şurasının iclasında müzakirə olunması nəzərdə tutulan 3 illik strategiya potensial investorlar üçün şirkətin cəlbediciliyini artıracaq. M. Qutseriyev bildirib ki, strateji inkişafın "onurğa sütunu" 2019-cu ilədək neft hasilatının 40% artırılması olacaq: "Biz illik hasilatı 7 mln. tondan 10 mln. tonadək artırmağı planlaşdırırıq".
 
Şirkətin hesablamalarına görə, 5 il sonra aktivlərin strukturunda çətin çıxarılan ehtiyatların payı 10% artacaq. Bundan başqa, "Russneft" Azərbaycanda hasilatı artırmaq niyyətindədir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info