Türkiyə Azərbaycandan 16,8 mln. dollarlıq elektrik enerjisi alıb
Tarix: 07.11.2016 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Türkiyə yanvar-sentyabr ayları ərzində elektrik enerjisi idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azaldıb. "Anadolu" agentliyi xəbər verir ki, azalmaya səbəb son zamanlar Türkiyə daxilində elektrik enerjisinin və bərpa olunan enerjinin istehsalının artmasıdır.
 
Rəsmi statistikaya əsasən, Türkiyə ötən ilin müvafiq dövründə Yunanıstan, Bolqarıstan, Gürcüstan, İraq və İrandan ümumi həcmi 4 mlrd. 654 mln. 21 bin kVt/saat elektrik enerjisi aldığı halda, cari ilin analoji dövründə qonşu ölkə Yunanıstan, Gürcüstan, Bolqarıstan və Azərbaycandan ümumi həcmi 3 mlrd. 244 mln. 448 min kVt/saat elektrik enerjisi alıb ki, bu da 30% azalmanın olduğunu göstərir.
 
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyə idxal etdiyi elektrik enerjisinə görə 290 mln. 417 min dollar ödədiyi halda, bu ilin müvafiq dövründə bu rəqəm 46% azalaraq 155 mln. 801 min dollara enib. Beləliklə, Türkiyə 134 mln. 616 min dollara qənaət edib.
 
Türkiyə bu il ən çox sentyabr ayında elektrik enerjisi idxal edib. Ötən ay qonşu ölkə Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan ümumi həcmi 477 mln. 289 min kVt/saat olan elektrik enerjisi idxal edib. Sentyabrda elektrik enerjisini idxalı Türkiyəyə 24 mln. 662 min dollara başa gəlib.
 
Türkiyəyə ən çox elektrik enerjisi satan Bolqarıstandır. İlin 9 ayı ərzində Bolqarıstan Türkiyəyə ümumi dəyəri 98 mln. 498 min dollar olan 2 mlrd. 131 mln. 177 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib. Bolqarıstanı Yunanıstan, Azərbaycan və Gürcüstan izləyir. Hesabat dövründə Yunanıstandan idxal olunan 542 mln. 961 min kVt/saat elektrik enerjisinə görə 169 mln 90 min dollar ödəndiyi halda, Türkiyə Azərbaycan və Gürcüstandan müvafiq olaraq 345 mln. 633 min və 224 mln. 677 min kVt/saat elektrik enerjisi alıb ki, buna görə 16 mln. 819 min və 9 mln. 427 min dollar ödəyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info