Karbamid zavodu istismara verildikdən sonra 400 daimi iş yeri açılacaq
Tarix: 07.11.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Sumqayıtda yerləşən SOCAR Karbamid zavodunun layihə üzrə mühəndislik işləri 100 faiz tamamlanıb. Satınalma işləri 99 faiz, əsas tikinti işləri isə 51 faiz həyata keçirilib.
Bunu jurnalistlərə müsahibəsində zavodun baş direktoru Xəyal Cəfərov deyib. O qeyd edib ki, ümumilikdə, layihə üzrə işlərin 86 faizi başa çatıb. Zavod 2 hissədən - ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. Zavod gündəlik 1200 ton ammonyak, 2000 ton karbamid istehsal etmək gücündə olacaq. “Layihənin icra edilməsi ilə daxili bazarın bu məhsullara tələbatı tam ödəniləcək, eyni zamanda, qeyri-neft sektorunun əsas istiqamətlərindən olan kənd təsərrüfatına böyük dəstək veriləcək. Zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650 min ton) daxili tələbatı tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da çıxarılacaq. Bu baxımdan Gürcüstan və Türkiyəyə əsas bazar kimi baxırıq. Bildiyiniz kimi, Türkiyə regionda karbamidin ən böyük idxalçılarından biridir”, - deyə zavod rəhbəri bildirib.
Ümumi dəyəri 750 milyon avro təşkil edən layihənin maliyyələşdirilməsinin ilkin olaraq dövlət büdcəsi hesabına aparıldığını deyən baş direktor 2015-ci ildə beynəlxalq kreditlərin cəlb edilməsi ilə bağlı qərarın qəbul olunduğunu xatırladıb: “Bu məqsədlə dövlət büdcəsindən 205 milyon manatadək vəsait alınıb. Daha sonra beynəlxalq banklar vasitəsilə bu günə kimi 201 milyon avro cəlb edilib. Əlavə olaraq 300 milyon avro məbləğində kreditin cəlb olunması ilə bağlı danışıqlar da aparılır”.
X.Cəfərovun sözlərinə görə, əsas maliyyə qurumu kimi “Eximbank”, eləcə də Almaniyanın “Deutsche", Fransanın "Societe Generale" və Almaniya-İtaliya bankı olan “Unikredit” banklarının iştirakı ilə danışıqlar aparılır. Kreditin 51 faizi “Eximbank” tərəfindən veriləcək. Digər üç kommersiya qurumu “Eximbank”ın zəmanəti ilə 249 milyon avro məbləğində kredit ayıracaq. İlin sonunadək danışıqların yekunlaşacağı gözlənilir.
Hazırda zavodun tikintisində 2200 işçi çalışır və inşaat işlərinin pik dövründə bu rəqəm təxminən 3000-ə çatacaq. Zavod istismara verildikdən sonra isə 400 daimi iş yeri açılacaq. Buna görə də indidən kadr hazırlığına xüsusi önəm verilir. Bu məqsədlə, SOCAR-ın Təlim-Tədris mərkəzlərində artıq 80 nəfər ixtisaslı, ingilisdilli texniki fəhlə kadrı hazırlanaraq işə götürülüb. Növbəti mərhələdə bu il təlim keçmiş 70 nəfərin də işə qəbul edilməsi gözlənilir. Zavodda işçilərin aylıq orta əməkhaqqısı təxminən 650 manat təşkil edir.
“Ümumiyyətlə, Karbamid zavodunda 2017-ci ilin ikinci yarısından etibarən mərhələli surətdə buraxılış-sınaq işlərinə başlanması, 2018-ci ilin əvvəlində isə müəssisənin istismara verilməsi planlaşdırılır, - deyə X.Cəfərov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info