Suraxanıda Dövlət Bayrağı Günü münasibətilə tədbirər keçirilir
Tarix: 07.11.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


7 noyabr 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında xüsusi tərtibatla bəzədilmiş “Bayraq meydanı”nda Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə tədbir keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və velosipedçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, gəncləri və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.
Suraxanı rayonu Heydər Əliyev parkında “Bayraq meydanı”nda keçirilən tədbir dövlət himninin oxunması ilə başlandı. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısı 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun, 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla isə Azərbaycanın üçrəngli bayrağının 1918-ci ildə ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini əbədiləşdirərək "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis etmişdir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərində açılışı olan və dünyaya səs salan Dövlət Bayrağı Meydanı isə bayrağımıza, dövlətçilik tariximizə olan ehtiramın təntənəsi olmuşdur.
Bu gün ölkəmizin şəhər və rayonlarda Bayraq Meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”dır. Dövlət bayrağımız 4 may 2009-cu il tarixdən bu meydanda dalğalanaraq hər birimizi qürurlandırır. Dövlət Bayrağımız dalğalanaraq xalqımızda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını daha da gücləndirir.
Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış etdilər.
Sonra Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”ndan velosipedçilərin yürüşünə start verildi. 100-dən çox velosipedçi xüsusi geyimdə dövlət bayrağı ilə rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna gəldilər. Oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək “Finiş” nöqtəsinə - Bayraq meydanına gəldilər. Bütün marşrut boyu və finiş nöqtəsində velosipedçiləri gənclər, sakinlər böyük coşqu ilə bayraqlarla salamladılar.
“9 noyabr – Dövlət Bayrağı günü”nə həsr olunmuş velosiped yürüşünün təşkilində fəal iştirakına görə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Əliyev Fərhad və Federasiyanın Təşkilat və inzibati məsələlər üzrə direktoru Qurbanov Faiq Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər .
Yürüşdən sonra rayonun “Gənclər evi”ndə gənclərin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin ifasında şerlər səsləndirildi, rayonun mədəniyyət kollektivlərinin hazırladığı konsert proqramı təqdim olundu.
Suraxanı rayonunda “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə silsilə tədbirər davam edir.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info