Siyavuş Novruzov: “Müxalifət “qış yuxusu“na gedib”
Tarix: 07.11.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


“Müxalifət "qış yuxusu"na gedib. Gözləyirlər növbəti dəfə hansısa seçki keçirilsin, onda ortaya düşəcəklər”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, referendumdan əvvəl müxalifət xarici dairələrin və erməni lobbisinin tapşırıqlarını yerinə yetirirdi: “5-10 manat pul almışdılar və Azərbaycanın haqlı işinin əleyhinə qeyri-qanuni təbliğat, təşviqat apardılar. Çünki təşviqat qrupu yaratmamışdılar. İstədilər ki, ağaları fəaliyyətdə olduqlarını görsünlər. Bir-iki mitinq keçirdilər, ona da çox az sayda insan toplaşmışdı. Bunun nəticəsində verilən pulları bölüşdürdülər və "qış tətili"nə getdilər. O vaxt da demişdim ki, bunların fəaliyyəti mövsümidir”.
S.Movruzov bildirib ki, müxalifətin sosial bazası, elektoratı yoxdur: “Mitinqə topladıqları da pul ilə yığdıqları adamlardır. 5-10 nəfər qohum-əqrəbalarından başqa, onları heç kim dəstəkləmir. Hətta bəzən qohum-əqrəbaları da onların əleyhinə çıxırlar. Çünki xalq bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, iqtidarın apardığı siyasəti görür, anlayır. Müxalifətin isə dediyi ancaq boş sözlər, mənasız fikirlər və 90-cı illərdən qalmış düşüncə tərzidir. Bu baxımdan da ətraflarında heç kim yoxdur. Bunlar hətta milli şura adlanan dərnəkdə bir yerə toplana bilmirlər”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib
18.01.2019
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əhalinin sülhə hazırlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info