Bəşər Əsəd qətlə yetirilib?
Tarix: 30.03.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Suriyada və bütün ərəb ölkələrində çoxdan səbirsizliklə gözlənilən bu xəbər artıq elan olunmalıdır. Biz Bəşər Əsədin ölüm xəbərini almışıq. Xəbər öz təsdiqini tapıb”.
Bu barədə Azad Suriya ordusunun “Şuhədai-Duma” briqadasının generalının “youtube”-də yayılan müraciətində bildirilir.
Briqada generalı müraciətində deyib ki, əgər Bəşər Əsəd ölməyibsə, 12 saat ərzində sağ qaldığını ekran qarşısına çıxıb sübut etsin: “Bu xəbər Əsədin tabeçiliyində olan zabit və əsgərlər üçündür. Özünüzü Azad Suriya ordusuna təslim edin, yoxsa bu andan sonra sizə rəhm etməyəcəyik. Biz söz veririk ki, kim təslim olarsa, ədalətlə mühakimə olunacaq. Siz kimin üçün döyüşürdünüzsə, o, artıq qətlə yetirilib. Əmin olun ki, Azad Suriya ordusunda vuruşan qardaşlarınız sizin həyatınızın təminatçısıdırlar, buna görə də, öz mövqelərinizi boşaldaraq tərk edib Azad Suriya ordusuna təslim olmağınız üçün sizə bu xəbər elan olunan vaxtdan etibarən 3 gün vaxt verilir, bu, son xəbərdarlıqdır”.
O, daha sonra müraciətində Azad Suriya ordusuna xitab edərək “Biz uzun bir döyüş yolu keçdik, bunun üçün sona qədər, ölkədə tam təhlükəsizlik və sabitlik bərqərar olunanadək davam etməniz xahiş olunur”, deyə bildirib.





 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info