Zərdab və Ucarda hazırda hər gün 15-20 ton pambıq yığılır
Tarix: 07.11.2016 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Son günlər havaların əlverişli keçməsi nəticəsində Zərdab və Ucar rayonlarında pambıq yığımı sürətləndirilib.

Zərdab Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda hər gün tarlalara 700-800 işçi çıxır və orta hesabla 18-20 ton pambıq yığılır. Rayonun daha çox pambıq əkilən Bəyimli, Körpükənd, Dəkkəoba və bir sıra ərazi vahidlərində yığım daha sürətlə aparılır.

Cari mövsümdə Zərdabda 832 hektar sahədə pambıq yetişdirilib. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, artıq 612,3 ton məhsul yığılıb.

Ucar rayonunda isə 510 hektar sahədə pambıq yetişdirilib. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, hər gün tarlalara orta hesabla 400-450 işçi çıxır, gündə 15-18 ton məhsul yığılır. Hələlik 302 ton pambıq toplanıb. Daha çox pambıq əkilən Yuxarı Şilyan, habelə Şahlıq, Lək, Xələc ərazi vahidlərində məhsul yığımı mütəşəkkil aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
12.11.2019
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”: VİDEO
12.11.2019
Mərdan Camalov Şirvanın icra başçısı vəzifəsindən azad edilib
12.11.2019
Masallıda masalılı jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
12.11.2019
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info