Dünya ticarətində böhran yaşanır
Tarix: 07.11.2016 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Dünyanın on ən böyük konteyner şirkətlərindən biri olan “Hanjin Shipping” şirkəti iflasa uğrayıb

Dəniz konteynerlərinin daşınmasında yaranan böhranın dərinləşməsi artıq bütün dünya iqtisadiyyatı üçün ciddi çağırışdır. Əslində, dünya iqtisadiyyatında mühüm rol oynayan konteyner daşınmasının azalması dünyada qlobal ticarətin həcminin azalmasından xəbər verir.
Dəniz nəqliyyatında daşımalarla yanaşı, artıq dəmir yolu və aviasiya ilə də yük daşınmalarında azalmalar müşahidə edilməkdədir. Ekspertlər də limanlardakı yüzlərlə boş vaqon və konteynerlərə istinadən böhranın digər sektorlara nüfuz etdiyini bildirirlər. Bu ilin avqustunda Cənubi Koreyanın dünyanın on ən böyük konteyner şirkətlərindən biri olan “Hanjin Shipping” şirkəti iflasa uğrayıb. Burada söhbət konteyner nəqliyyatı sahəsində ən böyük iflasdan gedir. Nəticə isə göz önündədir: şirkətin müştəriləri 14,5 milyard dollar dəyərində yükdən məhrum olub. Səbəb isə, sadəcə, yük qəbul edəcək limanın ödəniş edilməyəcəyindən ehtiyatlanaraq yükü qəbul etməməsidir. Xatırladaq ki, təşviş doğuran xəbər təkcə “Hanjin Shipping” şirkəti ilə yekunlaşmır. Dünyanın digər iri konteyner şirkətləri də artıq fəaliyyətlərində yaranmış tənəzzüllə bağlı həyəcan təbili çalmağa başlayıblar. Bu sıraya Yaponiya və Fransanın da yükdaşıma şirkətləri də daxildir. Belə ki, İngiltərənin qiymətləndirmə agentliyi olan “Drewry” konteyner sənayesinin bu ilə 10 milyard dollar zərərlə üzləşdiyi barədə məlumat yayıb. Qeyd edilməlidir ki, Cənubi Koreya şirkətinin iflası bu sahədə zəncirvari reaksiyaya səbəb olmaqdadır. Belə ki, artıq ölkənin başqa böyük yükdaşıma şirkəti - “Daewoo Shipbuilding & Marine Engineering” də sifarişsiz qalıb. Təkcə ötən il bu şirkətə gələn sifarişlərin ümumi həcmi 87 faiz azalıb. Qeyd edilməlidir ki, ümumi azalmalar təkcə bu ölkələrin şirkətlərində nəzərə çarpmır. Məsələn, ötən həftə Danimarkanın yükdaşıma üzrə ixtisaslaşan “Moeller-Maersk” şirkəti də sifarişlərdə 44 faizdən çox azalma olduğu barədə məlumat yayıb. Şirkət rəhbərliyinin bildirdiyinə görə, hazırda yaşanan böhran 2008-ci ilin iqtisadi böhranından da ciddi vəziyyət almaqdadır. Yəni həmən böhran dövründə belə, şirkət belə pis vəziyyətlə üzləşməmişdi. Analitiklərin bildirdiyinə görə, bu azalma konteyner daşınması üzrə ticarət və sifarişlərə ifrat dərəcədə təsir edə bilər. Bu sahədə ticarət və sifarişləri yenidən bərpa etmək üçün illər lazım olacaq. Qeyd edək ki, konteyner nəqliyyatı sahəsində vəziyyət iki həlledici amillə təsirsiz ötüşməyib. Bunlardan birincisi, dünya ticarətinin 2008-ci il maliyyə böhranının təsirindən hələ də qurtula bilməməsidir. Belə ki, unutmaq lazım deyil ki, dünya ticarət yüklərinin daşınmasının təqribən üçdə ikisi məhz konteyner gəmiləri tərəfindən həyata keçirilib. İkinci səbəb isə, zəif iqtisadi artım və bir çox ölkələrdə ticarətin tədricən liberallaşmasıdır ki, bu da yerli bazarlarda istehsalın lokallaşdırılması ilə müşahidə olunur. Ümumdünya Ticarət Təşkilatı 2015-ci ildə dünya ticarətində 10 faiz real eniş olduğunu etiraf edərək, cari ildə daha çox azalma gözlənildiyini, bunun II Dünya müharibəsindən sonra ilk dəfə müşahidə edildiyini qeyd etmişdi. Dünya ticarətindəki azalmanı “dramatik hal” kimi dəyərləndirən təşkilatın baş direktoru Roberto di Azevedu vəziyyəti düzəltmək üçün təcili hərəkətə keçməyə çağırış edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info