“Azərbaycan Bolqarıstan üçün mühüm strateji tərəfdaşdır”
Tarix: 08.11.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Bolqarıstan arasında dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk”.
Bu fikirləri Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova söyləyib. Səfir qədim Veliko Tırnovo şəhərinin bərpasında göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. “Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq ürəklə görülmüş işdir. Mən Azərbaycan xalqına və şəxsən Mehriban xanım Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”, - deyə o qeyd edib. Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan Maya Xristova vurğulayıb ki, ölkələrimizin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır. Bolqarıstan Azərbaycanın “Şahdəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur. Məhz bunun sayəsində Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə bir milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb. Diplomat 2009-cu ilin noyabrında Sofiya şəhərində iki ölkənin Energetika nazirlikləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə “Bulqartransqaz” və “Bulqarqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını qeyd edib. Səfir deyib ki, Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ölkələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, bu ölkənin energetika holdinqi və SOCAR çıxış edir. Ölkələrimiz arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycan və Bolqarıstan hökumətlərarası komissiyalarının uğurlu işini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info