Bakı Fond Birjası ilə Yüksək Texnologiyalar Parkı memorandum imzalayıb
Tarix: 08.11.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Dünən Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkı (YTP) arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb.
BFB-dən bildiriblər ki, memorandum Bakı Fond Birjası və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən "Startapların kapital bazarları vasitəsilə maliyyələşməsinin yolları" mövzusunda seminar çərçivəsində imzalanıb. Tədbirə startap şirkətlərin nümayəndələri ilə yanaşı, BFB-nin üzvü olan investisiya şirkətləri və müxtəlif özəl sektor iştirakçıları qatılıb. Bakı Fond Birjasının idarə heyətinin sədri Fariz Əzizov təmsil etdiyi qurum haqqında startap şirkətlərinin nümayəndələrinə və digər iştirakçılara qısa məlumat verdikdən sonra tədbirin əsas mövzusu olan kapital bazarları vasitəsilə maliyyələşmənin əhəmiyyətindən bəhs edərək, belə təlimlərin önəmliliyini qeyd edib. Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev mövzuların şirkətlərə yararlılığından danışıb. Seminarda "Borsa İstanbul"un marketinq və satış departamentinin müdiri Adnan Sərhat Görgün və BFB-nin biznesin inkişafı departamentinin rəhbəri Abdulla İsayev təqdimatlarla çıxış ediblər. S.Görgün "Startap şirkətlərinin maliyyələşmə yolları", "Şirkətin dəyərləndirilməsi və bazarda dəyər qazanması", "Kapital bazarları vasitəsilə maliyyə cəlbi" və "İPO-ya hazırlıq" mövzularına toxunub və öz bilik və təcrübələrini seminar iştirakçıları ilə paylaşıb. A.İsayev isə "BFB-də Listinq" və "Listinq Məsləhət Proqramı (LMP)" barədə məlumat verib və bu proqramdan startap şirkətlərinin necə faydalana biləcəyindən bəhs edib. Sonra BFB-nin üzvü olan investisiya şirkətlərinin nümayəndələri start-uplarla bağlı müxtəlif layihələr çərçivəsində çalışmalar etmək istədiklərini və bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib
23.05.2019
Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,4 milyard manatadək vəsait köçürüb
23.05.2019
Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib
23.05.2019
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info