Ermənistan aviaşirkəti bankrot olub
Tarix: 30.03.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


"Armavia" aviaşirkəti 1 apreldən bütün istiqamətlərə uçuşları dayandırır və iflas proseduruna başlayır. Bu barədə "Armavia"nın mətbuat xidmətinin dünən yaydığı rəsmi açıqlamada bildirilir.
““Armavia” çoxdan böhranlı vəziyyətə düşüb. Hazırda şirkətin Ermənistan dövləti ilə müqaviləsini uzatmaq və əməkdaşlıq çevrəsini genişləndirmək üçün maddi vəsaiti yox dərəcəsindədir". Bu fikirləri Ermənistan Baş Aviasiya İdarəsinin rəhbəri Artyom Movsisyan bəyan edib. O həmçinin bildirib ki, ölkənin əsas milli sərnişindaşıma şirkəti ilə dövlət müqaviləsinin vaxtı aprelin 22-də başa çatır.
"Qafqazski uzel" saytının məlumatında isə şirkətin sahibi Mixail Baqdasarovun çoxdandır ki, "Armavia" üçün potensial müştəri axtarışında olduğu vurğulanıb. Qeyd edək ki, "Zvartnots" hava limanı artıq bir neçə dəfə şirkətin təyyarələrinin xidmətindən imtina edib. Hava limanı ilə aviaşirkət arasında konflikt ötən ilin martından başlayıb. Səbəb kimi "Armavianın" 1 milyona yaxın borcunun uzun müddətdir ki, ödənilməməsi göstərilib. O zaman bu problem aradan qaldırılsa da, "Armavia" digər beynəlxalq hava limanları ilə arasında yaranmış çox böyük həcmli borcu ödəyə bilməyib. Nəticədə şirkətin rəhbərliyi "Armavianın" müflis olmasını rəsmən bəyan etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, artıq “Armavia” bu gündən etibarən İrəvandan bir çox istiqamətlərə, o cümlədən İstanbul istiqamətinə uçuşları dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info