“İŞİD” lideri Mosuldan qaçıb
Tarix: 08.11.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


İraq ordusu “İŞİD” terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Mosuldan qaçdığına dair məlumat yayıb.
“RİA Novosti” informasiya agentliyi xəbər verir ki, bir qədər əvvəl hərbçilər Mosul əməliyyatının gedişində iki mindən çox “İŞİD” yaraqlısının öldürüldüyünü bildiriblər. Kəşfiyyatdakı mənbələr Əbu Bəkr əl-Bağdadinin qaçışı barədə məlumatı təsdiqləyib. İraq Silahlı Qüvvələri mətbuat xidmətinin açıqlamasına görə, Bağdadi aviasiya zərbələrindən yayınmaq üçün 150 ailəni də özü ilə aparıb. İraq ordusu Mosuldan 25 kilometr cənubda yerləşən Hammam əl-Alil şəhərinin “İŞİD” terrorçularından azad edildiyi barədə məlumat yayıb. Dəclə çayı sahilində yerləşən Hammam əl-Alil şəhəri “İŞİD” terror qruplaşması tərəfindən 2014-cü ildə zəbt edilmişdi. İraq ordusunun bir qədər əvvəl verdiyi məlumatda şəhər tam azad edildikdən sonra federal polis qüvvələrinin Mosul beynəlxalq aeroportu istiqamətində hərəkətə başlayacaqları bildirilib. Xatırladaq ki, Mosulun “İŞİD” yaraqlılarından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyat ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirilir. 2014-cü ildən “İŞİD”-in nəzarətində olan Mosul qruplaşmanın İraqdakı əsas dayaq məntəqəsidir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info