“Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı münaqişələrin həllinə yönəlməyib”
Tarix: 08.11.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı münaqişələrin həllinə yönəlməyib. Hərbi əməkdaşlıq hər üç ölkədə və bölgədə yaranan müxtəlif təhlükələri süzgəcdən keçirmək üçündür”.
 
 Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze deyib. O bildirib ki, başqa bir kontekstdən yanaşılarsa, Türkiyə NATO üzvü, Gürcüstan isə bu ittifaqa üzv olmaq istəyən ölkədir: “Fikrimcə, Azərbaycan da NATO istiqamətinə yönəlib. Vaxtilə, yəni 1994-1995-ci illərdə Gürcüstan və Azərbaycan Rusiyaya hərbi əməkdaşlıq təklif etmişdilər. Rusiya bu məsələ ilə məşğul olmağı istəmədi. Bundan sonra Şimali Atlantika Alyansı bu işlə məşğul olmağa başlayıb. Bunda təəccüblü heç nə yoxdur. Biz, Azərbaycan və Gürcüstan olaraq cəhd edirik ki, qızıl ortanı saxlayaq. Qızıl orta iqtisadi sahədə Rusiya ilə əməkdaşlıq, hərbi və digər sahələrdə Qərblə əməkdaşlıq etmək deməkdir”.

Gürcüstan-NATO əməkdaşlığının intensiv inkişaf etdiyini söyləyən ekspert bu günlərdə Gürcüstanda növbəti dəfə birgə təlimlərin keçiriləcəyini vurğulayıb: “Bu təlimləri unikal hesab etmək olar. NATO heç vaxt tərəfdaş ölkələrdə belə təlimlər keçirməyib. O, yalnız üzv ölkələrdə təlimlər keçirib. Bu, o demək deyil ki, Gürcüstan sabah NATO-ya daxil olacaq. Bu məsələ hələ gündəlikdə durmur. Hazırda Gürcüstan NATO-nun stabil tərəfdaşıdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info