Krasnoyarskda “Odlar Yurdu” nun növbəti qələbəsi
Tarix: 08.11.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Hər il olduğu kimi, bu il də Rusiyanın müxtəlif bölgələrindən; İrkutsk, Kemerovo, Novosibirsk regionu, Novosibirsk şəhəri, Tıva Respublikası, Xakasiya Respublikası və s. 70 rəqs kollektivi MS Godenko müsabiqəsində iştirak etmək üçün Krasnoyarsk şəhərində toplanıb.
Krasnoyarsk şəhərində on ilə yaxın Səadət Qarayevanın bədii rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan xalq rəqs və mahnı ansamblı “Odlar yurdu” da bu il müsabiqədə “Şələqoy”, “Azərbaycan ritmləri”, “İgidlər” rəqsi və “Bulaq başında” süitası ilə iştirak ediblər. Azərbaycan SSR Xalq və Əməkdar artisti, dahi xoreoqraf, rəqqas Əlibaba Adullayevin “Bulaq başında” süitası münsiflər heyətinin yüksək qiymətinə layiq görülərək qala-konsert proqramına daxil edilib. “Odlar Yurdu”nun ifası “Milli-səhnələşmiş folklor rəqs” nominasiyasında I dərəcəli laureat adına layiq görülüb.
Qeyd edək ki, 1987-ci ildə Milli İncəsənət Xalq Mərkəzinin təşəbbüsü ilə Sibirdə yaradılan rəqs müsabiqəsi, Krasnoyarsk Dövlət Akademik Rəqs ansamblının görkəmli xoreoqrafı, bədii rəhbəri Mixail Godenkanın adını daşıyır. MS Godenko müsabiqəsi hər il Sibir regionundan ən yaxşı rəqs qruplarını Krasnoyarsk torpağına toplayır.

Fuad






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info