“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” mövzusunda seminar keçirilib
Tarix: 08.11.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində noyabrın 8-də seminar–müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatinın binasında keçirilən tədbirdə çıxış edən bu qurumun sədr müavini Cəlil Xəlilov layihənin məqsədindən, icrası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, eyni zamanda, bu ilin aprelində şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir.
Diqqətə çatdırılıb ki, layihə gənclərimizə xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan şəxslərin şərəfli həyat yolunun daha yaxından tanıdılması, xalqa, dövlətə sədaqət, tariximizə hörmət ruhunun aşılanması, onların arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının işinə dəstək verilməsini nəzərdə tutur.
Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info