Ödənişsiz «WiFi» zonaları yaradılacaq
Tarix: 30.03.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Bu il ərzində Azərbaycanda rabitə və internet xidmətlərinin tarifləri həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılacaq.
Bu barədə Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planında qeyd olunub.
Tədbirlər Planına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Tarif Şurasına il ərzində ölkədə rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi tapşırılıb.
Bundan başqa, Tədbirlər Planında il ərzində ölkədə İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, «.az» domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi, elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi, «Elektron hökumət»in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi, regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlər görülməsi, pilot layihənin həyata keçirilməsi, internetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi, ictimai yerlərdə ödənişsiz «WiFi» zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info