Elmin İnkişafı Fondu və “Thomson Reuters“ şirkəti “Web of Science” mükafatlarını təqdim edib
Tarix: 08.11.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı (Award Ceremony “Web of Science Awards – 2016”  for Azerbaijani scientific community) təqdim edib.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən verilən məlumata görə, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
"Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.
 "Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları aşağıdakılardır:
Milli Aviasiya Akademiyası
ADA Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Tibb Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
AMEA Riyaziyyat və Mexanika İnstitutu
AMEA İnformasiya Texnologiyaları İnstitutu
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
AMEA Neft-Kimya Prosesləri İnstitutu
AMEA İdarəetmə Sistemləri İnstitutu
AMEA Polimer Materialları İnstitutu

"Web of Science” mükafatına  layiq görülən Azərbaycanın elmi jurnalları aşağıdakılardır:
Azerbaijan Journal of Mathematics (AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən nəşr olunur);
Khazar Journal of Humanities and Social Sciences (Xəzər Universiteti tərəfindən nəşr olunur);
TWMS Journal of Pure and Applied Mathematics (Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən nəşr olunur).
Bu jurnallar bir müddət əvvəl Web of Science referativ bazasına daxil olunmasına baxmayaraq, keyfiyyəti, ölkədə və xaricdə elmi mühakimə inkişafına təsirinə görə dünya elmi ictimaiyyətinin diqqətini cəlb edib.
Mükafatlar, həmçinin “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra Bakıda Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" şirkətinin və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssisləri tərəfindən “Azərbaycanın elmi jurnalları – beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim (Workshop “Azerbaijani scientific journals: progressing towards international levels”) keçirilib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info