Şimali Koreya Cənuba müharibə elan etdi
Tarix: 30.03.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Şimali Koreya Demokratik Respublikasının (ŞKDR) rəhbəri Cənubi Koreya ilə müharibə mərhələsinə qədəm qoyduqları barədə bəyanat verib. Verilən məlumata görə, Kim Çen Inın müharibə açıqlamasını bu ölkənin STAK teleqraf agentliyi də təsdiq edib.
Agence France-Presse-in məlumatında deyilir ki, ŞKDR-in bütün dövlət idarələrində Cənub qonşuları ilə danışıqların bundan sonra yalnız müharibə şəraitinə uyğun olaraq aparılacağı barədə fikir hökm sürür. Bəyanatda deyilir ki, bundan sonra ölçüsündən asılı olmayaraq iki ölkənin sərhədində baş verəcək istənilən təhdid böyük müharibəyə çevriləcək, nüvə müharibəsinin baş verəcəyi də istisna deyil.

Xatırladaq ki, Koreya yarımadasının iki dövləti bir neçə dəfə müharibə aparsalar da sonu yalnız atəşkəslə bitib. Sülh müqaviləsinin bağlanması isə deyəsən tərəflərin heç yadına da düşmür.
Əslində Pxenyanı müharibəyə təhrik edən Cənubi Koreyanın ABŞ-la birlikdə hərbi təlimlərin aparılması olub və Şimal bunu özünə qarşı təhdid hesab edib.
Martın 26-da ŞKDR ABŞ-a və onun Sakit okeandakı hərbi bazalarına raket zərbələri vuracağı ilə hədələyib. Bundan sonra isə Şimali Koreya lideri Kim Çen In raket qoşunlarının hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info