Nardaran məktəbində Xalq Şairi ilə görüş olub
Tarix: 08.11.2016 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu əlamətdar günün yaranması tarixindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin əhəmiyyəti vurğulanıb.
Komitənin sədri Hicran Hüseynova bildirib ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. O qeyd edib ki, dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın görünür.
Sonra 295 nömrəli məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrailova ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq, məktəbliləri Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Görüşdə Nəriman Həsənzadənin yaradıcılığı barədə ətraflı məlumat verilib. Şagirdlər şairin şeirlərini səsləndiriblər. Sonra Xalq Şairi məktəbə öz kitablarını hədiyyə edib.
Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam etdirilib. Şairin əsərlərinin motivləri əsasında səhnəcik göstərilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info