“Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”
Tarix: 08.11.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək.
Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasında deyib.
A.Rəhimov Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə təqribən 6 ay qaldığını xatırladıb.
Nazir qeyd edib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə hazırdır: “Ümumi hazırlıqlar barədə deyə bilərəm ki, 16-ya qədər idman arenası yarışların keçirilməsinə artıq hazırdır. Dünya standartlarına cavab verən Atletlər Kəndi bütün iştirakçı ölkələrdən idmançıları qəbul etməyə və onların Oyunlar zamanı rahat şəraitdə qalmasına hazırdır”.
A.Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri nəzərdə tutulan qrafik üzrə gedir: “İnanıram ki, Bakıda möhtəşəm bir idman yarışının şahidi olacağıq. Birinci Avropa Oyunları və Formula-1 kimi beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmiş bir ölkə kimi Azərbaycan IV İslam Həmrəyliyi Oyunları zamanı da yüksək peşəkarlıq nümayiş etdirəcək”.
Qeyd edək ki, iclasda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, gənclər və idman naziri A.Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyanın 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.
İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info