Rumıniya siyasətinə qatılan azərbaycanlı rəhbər şəxslərlə görüşüb
Tarix: 08.11.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Rumıniyada yaşayan azərbaycanlı gənc –Kamran Allahverdiyev bu ölkədə siyasi partiyalardan biri olan Liberal Xalq Partiyasında aktiv fəaliyyətə başlayandan sonra bir sıra dövlət xadimləri ilə də görüşüb. O, bu barədə Palitraya danışıb: “Rumıniyanın baş naziri Dacian Ciolos ilə üzvü olduğum partiyanın xətti ilə Buxarestdə görüşdük və o Rumıniyanın inkişafı üçün yenidən namizəd olacağını açıqladı. Azərbaycanla bağlı da söhbətlərimiz oldu. Bu görüşdə bəzi millət vəkilləri ilə görüşmək şansı da əldə etdim və onlar mənim azərbaycanlı ola-ola rumın dilini bu qədər yaxşı danışmağımdan qürur duyduqlarını dedilər. Bir azərbaycanlı gənc olaraq onların siyasətinə töhfə verdiyim üçün çox sevindiklərini dedilər və təşəkkür etdilər. Həmçinin Alin Tise, Cluj şəhərinin Rayon Şurası naziri ilə də görüşmək şansı əldə etdim. Bu ümumi görüşdə Rumıniyanın gələcəyi, bir ölkənin yaxşı gələcəyi üçün nələr edilə bilər kimi suallar ətrafında söhbətlər oldu. Gənclərin fikirləri onlar üçün önəmlidir dedilər. Qeyd etdim ki, hər bir ölkədə çətinliklər olduğu kimi Rumıniyada da bəzi problemlər var və bunları aradan qaldırmaq üçün səy göstərib çalışmalıyıq. Daim ünsiyyətdə olduğum rumıniyalı siyasətçilərdən olan Sorin Moldovan da millət vəkilliyinə namizədliyini irəli sürdü. Mən elə Sorin Moldovanın sayəsində Rumıniya siyasətinə ilk addımlarımı atıram. Cluj bələdiyyəsinin inkişafında önəmli rolu olan Ovidiu Campean də millət vəkili namizədidir və onunla da Azərbaycan haqqında danışdıq. Azərbaycanda əvvəllər qonaq olan Ovidiu Campean ölkəmizin çox inkişaf etdiyini və müasirləşdiyini dedi. Onun Azərbaycana getməyinin səbəbi Cluj-Napoca şəhərinin 2015-ci ildə Avropa gənclər paytaxtı seçiləsi idi. Yəni, daha sonra 2016-cı ildə bu adı Gəncə şəhəri qazandı ki nəticədə də o Gəncəyə gəldi. O Azərbaycanın keçmiş sovet ölkəsi olmasını xatırladıb bu qədər qısa bir müddətdə öz azadlığına nail olmasının ardından belə bir inkişafın hər ölkəyə nəsib olmadığını dedi. Ulu öndər Heydər Əliyev sayəsində azadlığına qovuşan Azərbaycan Prezident İlham Əliyevlə daha da inkişaf etdiyini qeyd etdim. Ovidiu ölkəmizin Avropaya layiq bir stabil, tolerant ölkə olduğunu açıqladı. Cluj-Napoca bələdiyə naziri Emil Boc Avropanın gənclik paytaxtını simvolizə edən açarı Gəncə rəhbrələrinə verərkən orada çıxış etmişdi və bu çıxışda Gəncənin buna layiq olduğunu demişdi. Bu da çox qürur vericidir. Prezident İlham Əliyevin ölkəmizi dünyada bu qədər gözəl tanıtmağı bizim üçün də qürurvericidir. Çünki görüşdüyüm hər bir siyasətçi Azərbaycan haqqında məndən daha geniş məlumat istəyir, Prezidentimizin aktiv siyasətçi olmasından söz açır. Bir azərbaycanlı olaraq Rumıniya siyasətində hədəflərim yüksəkdir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info