İtaliya Azərbaycan təbii qazının Avropaya çatdırılması üçün hökumət səviyyəsində dəstək verəcək
Tarix: 08.11.2016 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


İtaliya “Trans-Adriatik” qaz boru kəməri (TAP) layihəsi ilə bağlı öz üzərinə mühüm öhdəlik götürüb və Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək verəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyevin ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.
N.Əliyevin rəhbərliyi, SOCAR, Kənd Təsərrüfatı, Müdafiə, Müdafiə Sənayesi, Nəqliyyat, Fövqəladə Hallar nazirliklərini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İtaliya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Görüşdə italiyalı naziri cari il iyunun 13-də Roma şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə “Maire Tecnimont”, “Saipem”, “SNAM”, “Tenaris”, “Enerco S.p.A”, “ENI”, “Tecnip”, “DBA Group”, “Lighthouse”, “Valvitalia” və “CNH” şirkətlərinin, eləcə də TAP konsorsiumunun İtaliya üzrə nümayəndəsi müşayiət edib.
Azərbaycanın İtaliya ilə bir çox sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən N.Əliyev belə geniş tərkibdə baş tutan bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir TAP layihəsini İtaliya ilə enerji əməkdaşlığının proriteti kimi səciyyələndirərək, layihənin reallaşdırılması ilə bağlı ortaya çıxan çətinliklərin hökumətlərin dəstəyi ilə yoluna qoyulduğunu və vəziyyətin daim nəzarətdə saxlandığını diqqətə çatdırıb.
N.Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclaslarında İtaliyanın fəal iştirakını yüksək qiymətləndirib. Gələn ilin fevral ayında keçiriləcək növbəti iclasın “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşması üçün tərəflərin səylərinin koordinasiyasına fayda verəcəyini qeyd edib.
İtaliyanın Azərbaycanla birgə həyata keçirilən enerji layihələrində səmərəli iştirakından bəhs edən nazir Paolo Centiloni ölkəsinin şirkətlərinin neft-qaz, emal və neft-kimya sənayesində uğurla təmsil olunduqlarını və fəaliyyət sferalarının genişləndirilməsi üçün mövcud potensialın dəyərləndirilməsinin vacibliyini bildirib. İtaliyalı nazir ölkəsinin TAP- la bağlı mühüm öhdəlik götürdüyünü deyərək, Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcəyini vəd edib.
Sonra İtaliya şirkətləri fəaliyyət istiqamətləri üzrə əməkdaşlığa dair məlumat verərək, həyata keçirilən layihələrin icra vəziyyəti və yeni planlar barədə fikirlərini bölüşüblər. Bildirilib ki, “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polymer” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində yüksək sıxlıqlı polipropilen və polietilen istehsal edən zavodun inşası layihəsi uğurla həyata keçirilir. 180 min ton polipropilen və 120 min ton polietilen istehsal edəcək zavodun inşasının 2018-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. “Tecnip” şirkətinin Qaradağ rayonunda qazın emalı üzrə zavodun inşası layihəsində podratçı seçildiyi və zavodun 2021-ci ildə təhvil verilməsinin nəzərdə tutulduğu qeyd olunub.
N.Əliyev Azərbaycanda qeyri-neft sektorun inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu bildirib. İtaliya şirkətlərini yeni texnologiya və təcrübələrini tətbiq edərək bu sahə üzrə əməkdaşlığa iştiraka dəvət edib. Nazir həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-enerji dəhlizlərinin yaradılmasında Azərbaycanın rolunu xüsusi qeyd edərək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının üstünlüklərindən yararlanmağı da tövsiyə edib.
Vurğulanıb ki, çoxşaxəli müzakirə mövzuları və əməkdaşlıq təklifləri ilə zəngin olan bu səfər İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə açacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info