Tələbələr Qars Qafqaz Universitetində təcrübədə olublar
Tarix: 08.11.2016 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasının müdiri Yunis Rüstəmli, həmin kafedranın müəllimi Həsən Qənbərov və tələbələr Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsində beş günlük klinik təcrübə və dərslərdə iştirak ediblər. Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli verdiyi məlumata görə tələbələr əvvəlcə Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin ümumi quruluşu, fermaları, təcrübə sahələri, laboratoriya və klinikaları ilə tanış olub. heyvanların saxlanılması, bəslənilməsi və yemləndirilməsi şəraitinə baxıblar. Tələbələr heyvan anatomiyası, cərrahiyyə və süni mayalanma fənləri üzrə mühazirə və laboratoriya dərslərini dinləyiblər.
Təcrübə müddətində klinikaya gətirilmiş xəstə heyvanların qeydə alınması, müayinə edilməsi və müalicəsi öyrənilib. Tələbələr əsasən, cərrahi xəstə heyvanı müalicə etmək üçün əvvəlcə onun təsbit və müayinə edilməsi, sonra əməliyyat sahəsi və əllərin hazırlanması, müəllimlərlə birgə əməliyyatın aparılması proseslərində iştirak ediblər. Təcrabəçilərə məliyyatdan sonra xəstə heyvanlara qulluq qaydaları da aşılanıb. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsində keçirilən Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirdə də iştirak ediblər. Dərsdən sonrakı vaxtlarda müəllim və tələbə heyyəti Qars şəhərinin tarixi abidələri və görməli yerlərinə səyahət ediblər. Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli bildirdi ki, səfər zamanı iki universitet arasındakı çoxillik əməkdaşlığın davamı, müəllim-tələbə mübadiləsinin inkişaf etdirilməsi, Naxçıvan Dövlət Universitetinin Baytarlıq kafedrasının laboratiyaları üçün reaktiv və digər ləvazimatların alınması barədə razılığa gəlinib.
Mehriban Sultan
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
01.12.2020
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41 nəfər vəfat edib
01.12.2020
Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı
01.12.2020
Füzulidə her şey dağıdılıb - Rusiyanin “Dojd“ telekanalının reportajı -VIDEO
01.12.2020
Ermənilər Laçını da bu cür tərk edir - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info