ABŞ Cənubi Koreyaya “F-22” qırıcıları göndərdi
Tarix: 01.04.2013 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“NBC News” xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Koreya Respublikası arasında gərginliyin artması fonunda ABŞ Cənubi Koreyaya hərbi təlimlərdə iştirak etmək üçün “F-22” qırıcıları göndərib.
“Gənc qartal” adı altında aparılan təlimlər 2013-cü il martın 1-dən başlayıb. Daha əvvəl “Stels” təyyarələri Yaponiyadan Cənubi Koreya hava bazasına köçürülmüşdü. Keçən həftə isə ABŞ ölkəyə “B-52” və “B-2” qırıcıları göndərmişdi.
Amerika hərbi komandanlığı belə bir bəyanat yayıb ki, Şimali Koreya təhdid və provokasiyalarla heç nəyə nail olmayacaq. Bu cür provokasiyalar yalnız Şimali Koreyanı daha çox dünyadan təcrid edə və Şimal-şərqi Asiyada sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərin pozulmasına səbəb ola bilər.
Xatırladaq ki, Pxenyan daim müxtəlif xarakterli hərbi təlimlər keçirir. Onlar Koreya yarımadasında vəziyyətin ciddi kəskinləşməsi kontekstində xüsusi diqqət cəlb etməyə çalışırlar ki, bu da KXDR-in ABŞ-ın ünvanına səsləndirdiyi kəskin bəyanatlarla, həmçinin, Cənubi Koreya ilə “hücum etməmək” haqqında razılaşmadan ölkənin birtərəfli çıxışı haqqındakı qərarla bağlıdır.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info