Erməni vandalizmi yeni simada
Tarix: 08.11.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


“ArmenianReport”:
“Ermənistanda vətəndaşlar öz tarixi-mədəniyyət abidələrinə qarşı müharibə elan ediblər”

Erməni vandalizmi özünü müxtəlif formalarda göztərir. Mənəvi aşınma artıq elə səviyyəyə çatıb ki, Ermənistanda vətəndaşlar öz tarixi yaddaşlarına mədəniyyər abidələrinə qarşı müharibə elan ediblər. Ermənistandakı abidələr ildən-ilə yerli gənclərin gözü qarşısında öz qiytmətini itirməkdədir. Bu abidələrə qarşı, onların boyanması, qəzalı hala gətirilməsi kimi xuliqanlıq halları artmaqdadır. Bəzi abidələr hətta metal qəbulu məntəqələrinə satılmaq üçün oğurlanır.
Bəla bundadır ki, son dövrlər vandalizm saxta “erməni soyqırımı qurbanları”nın xatirə abidəsinə də yetməkdədir. Bəli, artıq cəmiyyətdə “müqəddəslərin ruhu”na da qəsd etməyə cəsarət edənlər meydana gəlməkdədir. “ArmenianReport” saytında “Ermənilər niyə vandala çevrilirlər?” başlıqlı məqalə yerləşdirilib. Saxta “soyqırımla” bağlı muzey-institutun direktoru Ayk Demoyan sayta açıqlamasında deyib ki, naməlum şəxslər xiyabanın işıqlandırma sistemini zədələyib: “Problem odur ki, belə vandalizim faktları hər il, “erməni soyqırımı”nın ildönümü ərəfəsində təkrar edilir”. Təbii ki, hər hansı bir tarxi abidəyə qarşı törədilən cinayət vandalizm kimi dəyərləndirilir. Lakin ermənilərin hansısa “naməlum şəxsləri” vandal kimi təqdim etməsi gülüş doğurur. Axı, ermənilər niyə unudurlar ki, Cənubi Qafqazın ən böyük və qəddar vandalları məhz elə ermənilərin özləridir. Azərbaycanlılara məxsus tarixi abidələrə qarşı törətdikləri vandalizmi niyə unudurlar? Tarixən Azərbaycan torpağı olan indiki Ermənistanda çoxlu sayda tarixi memarlıq abidələri mövcud olub. Elə İrəvandakı Xan sarayı, məscidlər və karvansaraylar haqqında səyyahların, sənətşünasların və digər bu sahə ilə məşğul olanların əsərlərindən məlumatlar bu günə qədər də saxlanılır. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. Lakin Ermənistan dövlət kimi mövcud olduqdan sonra bu abidələrin izini itirmək üçün min cür oyundan çıxmağı belə, özünə rəva görüb. Tarixdə artıq “erməni vandalizmi” kimi tanınan əsl vandalizm elə budur. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb. İşğalçılar onlardan biri- İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Belə ki, azərbaycanlılara məxsus minə yaxın şəhər və kənd adları dəyişdirilərək erməniləşdirilib. Özlərini dünyaya “qədim xalq” kimi sırımağa çalışan ermənilər, əslində, elə özləri barbar və vandalizm nümunəsi göstərirlər. Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər, həqiqətdə azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq ediblər. Qeyd edilməlidir ki, ermənilərin bu vandalizmindən təkcə azərbaycanlılar deyil, digər xalqlar da əziyyət çəkib və çəkməkdədirlər. Hələ ötən əsrlərdə Qafqaza səyahət edən rus tədqiqatçısı V.L.Veliçko sonralar qələmə aldığı "Qafqaz" əsərində yazırdı: “Ermənilər başqa xalqlara məxsus tarixi abidələr üzərindəki yazıları silir və ya qaşıya bilmədikləri halda tikintidən çıxararaq onları erməni yazıları ilə əvəz edirdilər”. Bax, budur əsl erməni vandalizminin siması.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info