“Barsa“ Messi üçün apelyasiya şikayəti verdi
Tarix: 09.11.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Komanda "Marca" qəzetinin mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimini boykot edib
"Barselona" futbolçusu Lionel Messinin "Sevilya" ilə oyunda aldığı sarı vərəqənin ləğvi üçün apelyasiya şikayəti verib. Kataloniya klubun hakimin verdiyi qərarın haqsız olduğunu düşünür.
Qeyd edək ki, L.Messi qarşılaşmanın 83-cü dəqiqəsində butsu çıxdığı üçün onu yenidən geyinib. Matçın hakimi həmin müddət argentinalı hücumçunun ləng hərəkət edərək vaxtı uzatmağa çalışdığını düşünərək ona sarı vərəqə göstərib. Bu, L.Messinin bu mövsüm 3-cü sarı vərəqəsi olub. Onu da qeyd edək ki, “Barselona" İspaniyanın "Marca" qəzetinin 2015/2016 mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimini boykot edib. Klub nümayəndələri və La Liqanın ən yaxşı bombardiri seçilən Luis Suares tədbirə getməyib. "Barselona"nın idarə heyətinin üzvü Josep Vives bildirib ki, "fair-play" mükafatı İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebasa verildiyindən bu addımı atıblar: “Fair-play" mükafatının Tebasa veriləcəyini öyrənən kimi bu tədbirə qatılmamaq qərarına gəldik. Bizim klubla bağlı dediklərindən sonra Tebasa "fair-play" mükafatının veriləcəyi tədbirə qatılmağımız mümkün deyildi". Qeyd edək ki, X.Tebas La Liqanın 9-cu turunda "Barselona"nın səfərdə "Valensiya"nı 3:2 hesabı ilə məğlub etdiyi oyunda futbolçuların qol sevincinə görə tənqid edib. O, Neymar, Messi, Suares kimi oyunçuların hərəkətini uşaqlara pis örnək olduğunu bildirib. "Barselona" bu tənqidlərdən sonra Tebasın cəzalandırılması üçün İdman Məhkəməsinə müraciət edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info