“Azərbaycanda gimnastikanın inkişafına xüsusi diqqət göstərilir”
Tarix: 09.11.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Artıq doqquzuncu dəfədir ki, Azərbaycana gəlirəm. İlk gəlişimdən indiyədək ölkədə baş verən müsbət dəyişikliklər məni çox sevindirir. Azərbaycanda gimnastikanın inkişafına xüsusi diqqət göstərilir. Ölkənizdə idmanın bu növünün təbliği və kütləviləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirirəm”.
Bu sözləri Avropa Gimnastika İttifaqının (AGİ) direktoru xanım Kirsi Yerofeyev-Enqman deyib. Ölkəmizdə beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini bildirən direktor vurğulayıb ki, Azərbaycan bir çox irimiqyaslı gimnastika yarışlarına ev sahibliyi edib. 2014-cü ildə Avropa çempionatı, ötən il Avropa Oyunlarının proqramına daxil olan gimnastika yarışları tamaşaçıların və idmansevərlərin zövqünü oxşamışdı. İdmanın bu növünün inkişafı istiqamətində Azərbaycanda hər cür şəraitin yaradıldığını diqqətə çatdıran AGİ-nin rəsmisi Milli Gimnastika Arenasının möhtəşəmliyindən də danışıb. “Avropa qitəsində qeyri-Olimpiya idman növləri inkişafdadır. Buna baxmayaraq, Olimpiya idman növləri arasında gimnastika özünə məxsusluğu ilə seçilir və böyük auditoriyaya malikdir”, - deyə xanım Kirsi Yerofeyev-Enqman vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info