“Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirə edilib
Tarix: 09.11.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəziyyət haqqında” Qanun layihəsi müzakirə edilib. İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov yeni qanun layihəsinin əhəmiyyətindən danışıb.
O bildirib ki, hazırda qüvvədə olan 17 maddədən ibarət qanun 1994-cü ildə hazırlanıb. Bu gün qüvvədə olan bu qanun müvəffəqiyyətlə işləyir. Ancaq nəzərə almaq lazımdır ki, 1995-ci ildə biz ilk milli Konstitusiyamızı qəbul etmişik. İlk milli Konstitusiyamızda da Azərbaycan Silahlı Qüvvələrinin statusu ilə bağlı xüsusi maddələr öz əksini tapıb. Eyni zamanda, hərbi doktrinanı, milli konsepsiyamızı, “Milli təhlükəsizlik haqqında” Qanunu qəbul etmişik. Bu kimi hərbi qanunların qəbulu və ya edilən dəyişikliklər, ümumiyyətlə, bugünkü vəziyyət yeni qanun layihəsinin hazırlanmasını tələb edirdi. Yeni qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Sənəd Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsinin faktiki işğal edilməsi, xarici dövlət və ya dövlətlərin Azərbaycana müharibə elan etməsi, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yaranması, Azərbaycan ərazisinin blokadaya alınması, habelə belə blokada üçün real təhlükə olması Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə görə, ölkənin bütün ərazisində və ayrı-ayrı yerlərdə hərbi vəziyyətin elan edilməsi üçün əsas ola bilər. Qanun layihəsinə görə, hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Prezidentin fərmanı ilə elan edilir. Hərbi vəziyyət dövrü onun tətbiqi tarixindən (vaxtından) başlayır və onun qüvvədə olma müddəti bitdikdə, yaxud bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan halda başa çatır.
Hərbi vəziyyət dövründə mülki müdafiə və ərazi müdafiəsi tədbirləri Azərbaycan Respublikasının müdafiə qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir. Sonra deputatlar qanun layihəsi ətrafında fikir və təkliflərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info