Kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açılacaq
Tarix: 09.11.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Əgər süni qiymət artımı baş verərsə, ASC buna reaksiya verərək bazara intervensiya edilməsi yolu ilə süni qiymət artımının qarşısını
alacaq”


“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalının təqdimatı olub. Təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov portalın yaradılmasında əsas məqsədin ölkə ərazisində məhsul tədarükünün istehsalının stimullaşdırılması olduğunu bildirib.
Aparat rəhbəri diqqətə çatdırıb ki, aqrar sektorun inkişafı daim dövlətin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, Prezidentin 2016-cı il 11 aprel tarixli sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir: “Cəmiyyətin yaradılması ölkədə ərzaq məhsullarının tədarükü və təchizatı prosesini xeyli asanlaşdırılmasını və şəffaflığını təmin edəcək. Həmin proseslər daha keyfiyyətli və yaxşı təşkil olunmuş formada olacaq. Ən başlıcası isə ərzaq məhsullarının istehsalçıları ilə istehlakçıları arasında yeni formatda qarşılıqlı əlaqələr yaranacaq”.

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC məhsulları topdansatış qiymətlərindən aşağı almayacaq”
İlham Bayramov bildirib ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC tərəfindən kənd təsərrüfatı məhsullarının alış qiymətləri topdansatış qiymətlərindən aşağı olmayacaq. Məhsulların qiymətləri 3 aydan bir İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təsdiq etdiyi qiymətlər əsasında formalaşacaq və "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalında yerləşdiriləcək”. Onun sözlərinə görə, hər bir istehsalçı, satıcı məhsulların satış qiymətini portalda görəcək.

Meyvə və tərəvəz əhaliyə ucuz və çevik şəkildə catdırılacaq

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açacaq. Bu barədə ASC-nin nümayəndəsi Xaliq Məmmədov məlumat verib. X.Məmmədov deyib ki, iri şəhərlərdə mövsümi xarakterli meyvə və tərəvəzlərin daha ucuz qiymətə və çevik şəkildə əhaliyə çatdırılması ilə bağlı korporativ ticarət şəbəkəsinin qurulması planlaşdırılır: “Səyyar satış yarmarkalarının təşkili ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əldə olunmuş böyük təcrübə var. Bu təcrübədən yararlanaraq daha çox yarmarkaların təşkil olunması və əhalinin ərzağa olan tələbatının normaya uyğun təmin olunması üçün ciddi iş və fəaliyyət planları var. Bu fəaliyyət planları ilə əlaqədar bütün qurumlar və dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində müzakirələr aparılır. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul ediləcək və bu bazarların yaradılması istiqamətində aparılan işlər barədə cəmiyyətə məlumat veriləcək”.

“Ehtiyat ərzaq fondları süni qiymət artımının qarşısını almağa imkan verəcək”

X.Məmmədov bildirib ki, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC tərəfindən bazarda dövlət ehtiyat ərzaq fondları yaradılacaq: “Ehtiyat ərzaq fondları süni qiymət artımının qarşısını almağa imkan verəcək. Yəni, əgər süni qiymət artımı baş verərsə, ASC buna reaksiya verərək bazara intervensiya edilməsi yolu ilə süni qiymət artımının qarşısını alacaq”. Qurum nümayəndəsinin sözlərinə görə, bu gün ASC-nin qarşısında duran əsas vəzifələrdən biri təkcə satınalan təşkilatların tələbatının yerli istehsal hesabına ödənilməsi deyil, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarının qorunmasından ibarətdir. X.Məmmədov əlavə edib ki, yerli istehsal olan məhsulların müasir tədarük modelləri ilə tədarük edilməsi, anbarlanması, çeşidlənməsi və ən yüksək keyfiyyətli məhsulların daxili bazarın tələbatına yönəldilməsi, eləcə də tələbatdan artıq təklifin xarici bazara çıxarılması üçün danışıqların aparılması, xarici ölkələrdə ASC-nin filiallarının, nümayəndəliklərinin istehsal və ticarət bazalarının yaradılması da əsas məqsədlərdən biridir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info