Qida və sənaye məhsullarımız Qazaxıstan bazarına çıxarılacaq
Tarix: 09.11.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Azərbaycanlı iş adamlarının Qazaxıstan Assosiasiyasının üzvləri ilə Akmola vilayətinin regional sahibkarlar palatasında görüşü keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsində iş adamlarının imkanlarını araşdırmaq, eləcə də ölkəmizdə istehsal olunan məhsulların Qazaxıstanda təşviqini təşkil etməkdir. Azərbaycan səfirliyinin müşaviri Ağacavid Ramazanov deyib ki, müzakirə olunacaq məsələlər arasında Akmola vilayətinin biznes imkanları, ölkəmizin ixrac potensialı, eləcə də turizm sahəsi əsas yer tutur. Azərbaycan MDB məkanını əsas ərzaq məhsulları ilə təmin edən ölkələr sırasında liderlik edir. İqtisadi inkişafın əsas amili kimi Aktauda Azərbaycanın investisiyası hesabına tikilən Logistika Mərkəzi Qərbi Qazaxıstanı qida məhsulları ilə təmin edir. Diplomat bildirib ki, ölkəmiz qida və sənaye məhsulları ilə Qazaxıstan bazarına çıxmaqda maraqlıdır. Sonra Kokşetauda fəaliyyət göstərən distribüter şirkətlərinin nümayəndələrinin də qatıldığı “dəyirmi masa”da 400-dən artıq Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar haqqında videoçarx nümayiş olunub. Təqdim edilən görüntülərdə kənd təsərrüfatı və istixana kompleksləri, çay fabrikləri və ət emalı, kağızın yenidən emalı, şəkər, süd və digər məhsullar istehsal edən zavodlar, konserv müəssisələri qazaxıstanlı iş adamlarında Azərbaycan məhsullarının keyfiyyəti haqqında təəssüratlar yaradıb. Azərbaycanın biznes-investisiya Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli bildirib ki, təqdim edilən şirkətlər öz məhsullarının Qazaxıstana ixrac edilməsinə hazırdır. Eyni zamanda, Akmola vilayətinin iş adamları istehsal üçün öz xammallarını, məhsulların ayrı-ayrı komponentlərini təklif edə bilər. Qazaxıstan sahibkarlarına elektron kataloqlar paylanılıb, qarşılıqlı informasiya mübadiləsi haqqında qərarlar qəbul edilib. Azərbaycanın logistik imkanları haqqında informasiyalar qazaxıstanlı iş adamlarında böyük maraq oyadıb. Görüşdə Azərbaycanın turizm imkanları da iş adamlarının diqqət mərkəzində olub. “Azal”ın Aktaudakı nümayəndəsi Zaur Qasımov ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib. Akmola vilayəti ilə turizm əlaqələrinin genişləndirilməsi məsələsi də geniş müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info