ABŞ-da prezident seçkiləri
Tarix: 09.11.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Ənənəyə uyğun olaraq, ABŞ-da ümumi prezident seçkiləri gecəyarısı Nyu-Hempşir ştatında yerləşən kiçik Diksvill-Notç şəhərciyində start götürüb. Ştat qanunlarına əsasən, sayı 100 seçicidən az olan icmalar öz seçki məntəqələrini gecəyarısı aça və qeydiyyatdan keçən bütün vətəndaşlar səs verdikdən sonra bağlaya bilərlər.
Belə şəhərlərdən ən məşhuru əhalisi 1960-cı ildən bəri gecəyarısı səs verən Diksvill-Notç şəhərciyidir. Buradakı seçki məntəqəsində 7 nəfər qeydiyyatdan keçib və səsvermədən əvvəl son dəqiqələrdə onlara daha bir nəfər qoşulub. Nəticədə 4 nəfər Hillari Klintona, 2 nəfər respublikaçı Donald Trampa, bir nəfər Liberal Partiyasının nümayəndəsi Nyu-Meksiko ştatının keçmiş qubernatoru Heri Consona, seçicinin biri isə hazırkı seçkilərdə iştirak etməyən respublikaçı Mit Romniyə səs verib. Amerika qanunları vətəndaşlara ölkənin ali postuna iddia etməyən siyasətçilərə də səs verməyə icazə verir. Buna baxmayaraq, Nyu-Hempşir ştatının üç şəhərciyində gecəyarısı keçirilən seçkinin nəticələrinə əsasən Donald Tramp 32-25 hesabı ilə irəli çıxıb. Belə ki, respublikaçıların namizədi Millsfild şəhərciyində 16-4 hesabı ilə qələbə qazanıb, digər şəhərcikdə isə Hillari Klinton rəqibindən 17-14 hesabı ilə üstün olub. ABŞ-da belə bir deyim var: “Nyu-Hempşir necə səs verirsə, Amerika da elə səs verir.” Qeyd edək ki, indiyədək ABŞ-da qadın bir dəfə də olsun prezident və vitse-prezident postunu tutmayıb. Vitse-prezident postuna iki qadın namizədliyini irəli sürüb: 1984-cü ildə Demokratik Partiyasından Ceraldin Ferraro (Uolter Mondeyllə birgə) və 2008-ci ildə Respublika Partiyasından Sara Peylin (Con Makkeynlə birgə). Prezidentlik yarışına qoşulan ilk qadın Demokratlar Partiyasının namizədi Hillari Klintondur. 2008-ci ildə o, partiyadaxili praymerizdə Barak Obamaya məğlub olub. 2016-cı ildə isə Hillari Klinton Demokratlar Partiyasından prezidentliyə rəsmi namizəd seçilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info