Bakıda Azərbaycanın və İranın investisiya imkanları müzakirə olunur
Tarix: 10.11.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda  konfransı keçirilib. Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azproomo) rəhbəri Rüfət Məmmədov bildirib ki, iki ölkə arasında investisiya sahəsində çox böyük potensial mövcuddur.
 Onun sözlərinə görə, artıq Azərbaycan və İran arasında investisiya sahəsində tədbirlərin keçirilməsi ənənəvi hal alıb: “Bu gün Azərbaycanda 450-yə yaxın İran investisiyalı şirkətlər fəaliyyət göstərir. Bu şirkətlər ölkəmizə 1,2 mlrd. dollar investisiya yatırıb ki, bunun da 145 mln. dolları qeyri-neft sektorunu əhatəedir”.
 R. Məmmədov deyib ki, Azərbaycanlı  iş adamları İran bazarına olduqca böyük maraq göstərirlər və bu ölkəyə investisiya yatırlar.
 İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OİETA) Xarici İnvestisiyalar Departamentinin direktor müavini Əkbər Qəhrəmani bildirib ki, artıq bu günə qədər xarici investorlar  İrana 8 mlrd. dollardan çox yatırım yatırıblar. Onun sözlərinə görə, bu gün xarici  investorlar İran haqqında düzgün təsəvvürləri yoxdur: “İran tərəfi hər bir xarici investorun yatırımını sığortalayır və ona dəstək durur. İnvestorun gəldiyi gündən ölkədən çıxana qədər investorlara dəstək olur. Yəni iranlı investorla xariciinvestor arasında heç bir fərq qoymur. İran dövləti hər bir xarici investorun itkilərini qarşılamağa hazırdır. Qanunvericilik səviyyəsində xarici investorun yatırımları himayə edirik.”.
 İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə isə bildirib ki, son illər Azərbaycan və İran arasında iqtisadi-siyasi əlaqələri artıb. Onun sözlərinə görə, iki ölkə arasında yüz illərdir dostluq və qardaşlıq əlaqələri  var: “Azərbaycan xarici investisiya cəlb etməkdə regionda lider ölkədir. Bu bizim üçün başucalığıdır”.
 İran səfiri deyib ki, İran Azərbaycanın bu təcrübəsini öyrənməkdə maraqlıdır: “Hazırda İranın Azərbaycanda 4 böyük müştərək investisiya layihəsi mövcuddur. Onlardan biri. Avtomobil zavodunun inşası, dərman zavodunun tikintisi, Rəşt-Astara dəmiryolu və Bakıda yeni xəstəxananın inşası layihələridir ki, buna iki ölkənin prezidentləri göstəriş veriblər.  Biz Azərbaycanla əməkdaşlıqdan fəxr edirik. Bizim heç bir siyasi problemimiz yoxdur. Bunu təsdiq etmək üçün deyə bilərəm ki, heç bir ölkənin prezidentləri 3 ildə 7 dəfə görüşməyiblər”.
 Qeyd edək ki, bu ilin sonuna qədər Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfər edəcək. Gələn ay isə Urmiya valisi Azərbaycana səfər edəcək.
 Sonda Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimat olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info