Arıların sayının azalması ərzaq böhranını gücləndirə bilər
Tarix: 01.04.2013 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Amerikalı alimlər bildiriblər ki, 2012-ci il ölkə tarixində arıçılıq sahəsində ən pis il olub. Mütəxəssislərin dəyərləndirmələrinə görə, ölkədə arıların artımı 50% azalıb. Mütəxəssislər indiyə kimi faydalı həşəratların kütləvi şəkildə həlak olması problemini anlaya bilmirlər.
Statistikaya əsasən, 2005-ci ildə arıçılar qışın şaxtalı keçməsi səbəbindən arı pətəklərinin 5%-dən 10%-dək itiriblər. Hazırda isə fermerlər balverən arıxanaların yarıdan çoxundan məhrum olublar. ABŞ alimləri bu prosesi “arı koloniyalarının iflası” kimi xarakterizə edirlər. Yalnız Amerikada deyil, Avropada da son on ildə “arı problemi” yaşanır.
Hələ ki dəqiq məlum deyil ki, bütün dünyada arıların sayının azalmasının səbəbi nədir. Bir sıra mütəxəssislər hesab edirlər ki, həşəratlara mobil qüllələrdən gələn şüalar təsir edir. Digərləri isə arıların kütləvi qırılmasının kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə olunan kimyəvi mübarizə vasitələri ilə bağlı olduğunu deyirlər.
Zərərvericilərə qarşı zəhərlər faydalı həşəratları da onların sinir sisteminə təsir edərək məhv edir. Avropa Birliyi ölkələrində Məhsulların Təhlükəsizliyinə Nəzarət üzrə Komissiyanın bu yaxınlarda apardığı tədqiqatlar göstərdi ki, Avropada arılan məhv olmasının səbəbi neonikotinoid sinfi gübrələrinin istifadəsidir.
Ekspertlərin sözlərinə görə, Planetdə arıların sayının azalması artıq başlanmış ərzaq böhranını gücləndirə bilər: kənd təsərrüfatı məhsullarının əksəriyyəti başqa həşəratlar vasitəsilə deyil, məhz arılar vasitəsilə tozlanır.

N.ABBASOVA







 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info