Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib
Tarix: 10.11.2016 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbir “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə təşkil olunub. Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
 
Konfransın təşkilatçılarından olan Əli Evsen dinin dövlətlərin həyatında oynadığı roldan və tədbirin əhəmiyyətindən danışıb.
 
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov konfransın məhz İspaniyada keçirilməsinin təsadüfi olmadığını qeyd edib, Sivilizasiyalar Alyansının 2005-ci ildə İspaniya və Türkiyənin təşəbbüsü ilə yaradıldığını bildirib.
 
İspaniya ədliyyə nazirinin müavini Karmen Sançez Kortes dünyada müxtəlif dinlərin son nəticədə eyni amala qulluq etdiyini deyib: “Azərbaycanda çox tolerant bir cəmiyyət var. 2016-cı il bu ölkədə “Multikulturalizm ili” elan edilib və onun çoxmillətli, çoxdinli modeli dünyaya nümunə ola bilər”.
 
 
Dinlərarası dialoqun önəmini vurğulayan Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares qeyd edib ki, multikulturalizm mədəniyyətlər, dinlər və dillər arasında ünsiyyətdir. Bu ünsiyyətin əsasında üç amil – tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət durur.
 
Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsindəki təcrübəsindən danışıb.
 
Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu gün yaşadığımız həyatın reallıqları dinlər və mədəniyyətlərarası münasibətlərdə müqəddəs kitablarda yazılmış təməl anlayışlara riayət etməyin vacibliyini bir daha təsdiq edir.
 
Komitə sədri Mübariz Qurbanlı isə müstəqillik dövründə ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmləndiyini qeyd edib.
 
Abel Məhərrəmov Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qorunduğu məkan olduğunu bildirib.
 
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti İspaniya Senatında olub, Senatın prezidenti Pio Qarsia Eskudero ilə görüşüb. Nümayəndə heyətinin İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzaleslə də görüşü olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info