Halit Eren: “Qarabağ mövzusu gündəmdədir”
Tarix: 10.11.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Qarabağ: tarixi və mədəni irsi” mövzusunda elmi konfrans işə başlayıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən söz açıb. Nazir deyib ki, Azərbaycana qarşı aparılan təcavüzü tək torpaqların itirilməsi ilə hiss etmirik. Bu təcavüzün hər gün beynəlxalq tədbirlərdə, internetdə, mətbuatda, mətbəxdə, kinolarda şahidi oluruq. Elə ay, il olmur ki, mənfur qonşularımız hər hansı mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik. Müəyyən təzyiqlərlə bunun qarşısını almağa çalışırıq. Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətin bir çoxunun UNESCO siyahısına daxil olmasına nail olub. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərov işğal altında olan tarixi abidələrimiz barədə məlumat verib.
İRSİKA-nın baş direktoru Halit Eren Qarabağ mövzusunun rəhbərlik etdiyi qurumun proqramına salındığını və gündəmdə olduğunu söyləyib.
İki gün davam edəcək konfransda müxtəlif mövzularda sessiya və müzakirələr aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info