Ağcabədidə yeni çörək və un məmulatları zavodu fəaliyyətə başlayacaq
Tarix: 10.11.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Bu baxımdan respublikamızın regionlarında ən müasir texnologiyaların tətbiqinə əsaslanan çörəkbişirmə müəssisələri yaradılır. Belə müəssisələrdən biri də Ağcabədi şəhərində yeni inşa edilən çörək və un məmulatları zavodudur.
“Cahidoğlu” MMC tərəfindən müasir texnologiyalar əsasında yaradılan zavodun tikintisində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə güzəştli kreditlərdən də istifadə olunub. Hazırda müəssisədə tamamlama işləri aparılır.
Çörək və un məmulatları zavodunun direktoru İlqar Yusifov bildirib ki, tikintisinə 2013-cü ildə başlanan zavodun istehsal gücü 1 saata 2250 kiloqramdır. İki istehsal korpusundan ibarət zavodun ümumi sahəsi 2100 kvadratmetrdir. Zavodda Çexiya, Türkiyə, Rusiya və Fransa istehsalı olan istehsal xətti və köməkçi avadanlıqlar quraşdırılıb. Bundan başqa, zavod daimi enerji daşıyıcıları (1,6 kilometr işıq xətti, 5 kilometr məsafədən orta təzyiqli qaz xətti və su təminatı üçün artezian quyusu) ilə təmin edilib. Zavodda istehsal olunan məhsulların Ağcabədi və ətraf rayonların istehlakçılarına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri də alınıb.
Müasir texnologiyanın tətbiqi yüksəkkeyfiyyətli çörək və un məmulatlarının istehsalına imkan verir. Müəssisədə zavod çörəyi, baton, dietik çörəklər, bulka və şirniyyat məhsulları istehsal ediləcək. Bulka və şirniyyat istehsal edən birinci korpusda birnövbəli, çörək istehsal edilən ikinci korpusda isə ikinövbəli iş rejimi tətbiq edilməklə, 50 nəfərdən çox insan işlə təmin olunacaq. Müəssisənin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur.
İlqar Yusifov sahibkarlıq fəaliyyətini genişləndirmək fikrində olduğunu da bildirib: “Respublikamızda sahibkarlığın inkişafı üçün geniş imkanlar var. Prezident İlham Əliyevin özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğı biz sahibkarlara əlavə stimul verir, fəaliyyətimizi daha da genişləndirməyə həvəsləndirir. Bu şəraitdən istifadə edərək, hazırda “Cahidoğlu” MMC-yə məxsus istehsal kompleksində mebel istehsalı, plastik və alüminium qapı-pəncərə hazırlayan sexlər yaradırıq. Eyni zamanda, ərazidə meyvə bağı salınıb. Altı hektar sahədə müasir istixana kompleksinin yaradılması da nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi ilə əhalinin ərzaq və qeyri-ərzaq məhsulları ilə təminatına, yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyik”, – deyə sahibkar qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info