Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlər verilib
Tarix: 10.11.2016 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 
 
Fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, ictimai birliklərin, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
 
Z.Babayev Azərbaycan prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü kimi, ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb: “Dövlət başçısının 2014-cü il 20 iyun tarixli  sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilir. Bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub”.
 
Fondun direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.
 
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
 
 
10 fərdi yaşayış evindən 6-ı  Qarabağ müharibəsi əlillərinə, 4-ü isə şəhid ailələrinə təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info