Neftçalada DSMF-nin yeni inzibati binası istifadəyə verilib
Tarix: 10.11.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarında iş və vətəndaşlara xidmət şəraitinin müasir tələblər səviyyəsində qurulması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə DSMF-in direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Z.Babayev sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Z.Babayev əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin cari ildə də növbəti dəfə artırıldığını qeyd edib: “Eyni zamanda  sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir. Bunun təzahürü kimi, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artıb. Fərdi uçot sisteminin əhatə dairəsi də genişlənir. İndi bu sistemdə 3 336 912 nəfər vətəndaş qeydiyyatdadır ki, bu da cari ilin əvvəli ilə müqayisədə 156 758 nəfər çoxdur. Digər müsbət amil kimi, sosial sığorta haqqı üzrə daxilolmaların artım səviyyəsi pensiya və müavinətlərin hər ay qrafik üzrə maliyyələşdirilməsini təmin etməyə imkan yaradıb”.
 
Fondun direktoru bildirib ki, müvafiq fəaliyyət sahələri üzrə vətəndaşlara müasir tələblərə cavab verən səviyyədə xidmətin təşkili də diqqətdə saxlanır: “Ölkənin sığorta-pensiya sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun qurulmuş avtomatlaşdırılmış infrastrukturu bu sahədə əhaliyə elektron müstəvidə xidmətlər göstərməyə imkan verib. Hazırda sığorta və pensiya münasibətləri, sosial yardım, müavinət və təqaüdlərlə bağlı elektron xidmətlər vətəndaşların xidmətindədir. Həmin e-xidmətlər qeyd olunan sahələrdə məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azalmasına, əhalinin şəffaf xidmətlərlə təminatına səbəb olub”.
 
Fondun departament və rayon (şəhər) şöbələrinin böyük əksəriyyətinin son illərdə yeni inzibati binalarla təmin olunduqlarını qeyd edən Z.Babayev bildirib ki, onların hər birində əməkdaşlar üçün beynəlxalq standartlara uyğun iş şəraiti yaradılıb: “Ümumi fəaliyyət informasiya texnologiyalarının geniş tətbiqi şəraitində təşkil edildiyindən əməkdaşlar  bunun üçün  lazımi avadanlıqlarla təchiz ediliblər. Hazırda istifadəyə verilən yeni inzibati binada da bu işlər görülüb, xüsusilə vətəndaşlara müasir tələblər səviyyəsində xidmət göstərmək üçün şəraitin yaradılması təmin olunub. Belə iş yerlərinin yaradılması isə fəaliyyətin səmərəliliyinin artırılmasına öz müsbət təsirini göstərir”.
 
Tədbir iştirakçıları binada əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olub, əməliyyatların avtomatlaşdırılmış formada aparılması üçün qurulmuş elektron sistemin fəaliyyətini nəzərdən keçiriblər. Fondun əməkdaşları onlar üçün müasir tələblərə uyğun iş şəraitinin yaradılmasından razılıqlarını ifadə edib, əhaliyə daim yüksək səviyyədə xidmət göstərilməsi üçün səy göstərəcəklərini vurğulayıblar. 

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info