“Azərbaycan ərazilərin işğalının tanınması uğrunda aparılan beynəlxalq mübarizədə növbəti qələbəsini qazandı”
Tarix: 10.11.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


AŞPA Monitorinq Komitəsinin 9 noyabr 2016-cı il tarixli Paris iclasında “Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair alt komitə”nin missiyası çərçivəsində məruzə müzakirə edilmiş və Alt komitənin Cənubi Osetiya və Abxaziya, Kiprin şimalı, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, Dnestryanı və Krım, eləcə də aktual hadisələr, şərqi Ukraynaya dair münaqişələrlə məşğul olacağı qeyd edilib.
millət vəkilli, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. 

Elxan Süleymanovun bildirdiyinə görə, iclasda Ad-hok alt Komitənin sədri və məruzəçi cənab Ştefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Rüstəmyan söz alaraq, məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirmiş və bu ifadə formasına hiddətlə etiraz etmişdir: “O, bunun “tamamilə qəbuledilməz” olduğunu bildirmişdir. Ermənistan üzrə həmməruzəçi cənab Alan Meale (Birləşmiş Krallıq, SOC) Ermənistan nümayəndəsinin fikrinə dərhal tutarlı dəstək vermişdir.

Cənab Şennak Rüstəmyanın fikrinə qəti etiraz mövqeyindən geri çəkilməmiş, lakin ermənistanlı deputat yenidən təkid edərək, komitədə böyük qalmaqal yaratmışdır.

Monitorinq Komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoymuş və düzəlişi 31 əleyhinə, 3 lehinə olmaqla, rədd edilmişdir.

Məruzəçi cənab Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsi ilə birlikdə cəmi bir səs (erməni deputat) istisna olmaqla, yekdilliklə qəbul edilmiş və beləliklə, Rüstəmyan tamamilə təcrid olunmuş, hətta gülünc vəziyyətə düşmüşdür.

Nəticə etibarilə, Azərbaycan Dağlıq Qarabağ və digər ərazilərin silahlı işğalının tanınması uğrunda aparılan beynəlxalq mübarizədə növbəti qələbəsini qazandı!”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info